DÜNYA
Türkiyədə pirotexniki vasitələrin istehsalı fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı dördə çatıb
İstanbul, 3 iyul, AZƏRTAC
Türkiyənin Sakarya vilayətinin Hendek rayonunda pirotexniki vasitələrin istehsal olunduğu müəssisədə baş verən partlayış nəticəsində ölənlərin sayı dördə yüksəlib.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 97 nəfər xəstəxanaya yerləşdirilib. Onlarda 16-sı artıq evə buraxılıb.
Hazırda binada 45-50 nəfərin olduğu bildirilir. Onların təxliyəsi istiqamətində işlər davam etdirilir.
Partlayışdan sonra baş verən yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]