REGİONLAR
ADAU ilə “Aqro Dairy” arasında regional tədris mərkəzinin yaradılması müzakirə edilib
Gəncə 3 iyul, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və “Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyev arasında onlayn müzakirə keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mütəxəssislərin iştirakı ilə keçirilən görüşün məqsədi regional tədris mərkəzinin yaradılması ilə əlaqədar qarşıda duran vəzifələrin müzakirəsi olub.
Görüşdə regional tədris mərkəzinin layihəsinin təqdimatı olub. Təqdimatda mərkəzin məqsədi, idarə edilməsi, inzibati binası, təlim və tədris prosesinin təşkili və qiymətləndirilməsi, tələbələrin təcrübə keçməsi üçün imkanlar, laboratoriya avadanlıqları təchizatı və digər məsələlərin müzakirəsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]