ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda “Vətənimin şairləri – şairlər Vətəni” müsabiqəsi keçiriləcək
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu “Vətənimin şairləri – şairlər Vətəni” müsabiqəsinə start verir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqə tələbələrin dünyagörüşünün artırılması, maarifləndirilməsi, onların mütaliə vərdişlərinin və nitq qabiliyyətlərinin formalaşdırılması, həmçinin gənclərdə yüksək mənəvi keyfiyyətlər və vətənpərvərlik duyğularının aşılanması məqsədilə təşkil olunur.
Azərbaycan ədəbiyyatı tarixində iz qoyan tanınmış şairlərin həyat və yaradıcılığına dair sualların yer alacağı müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq.
Müsabiqəyə qatılmaq istəyən tələbələr iyulun 17-dək ad, soyadı, ata adı, tədris ili və qrup nömrələrini [email protected], [email protected] elektron poçt ünvanlarına, yaxud (+99455) 200 21 03, (+99455) 529 93 80 “WhatsApp” nömrələrinə göndərməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]