REGİONLAR
Masallıda oğlunun hərbi xidmətdən qayıtması ilə əlaqədar ziyafət məclisində iştirak edənlər cərimələniblər
Masallı, 6 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallıda sərtləşdirilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ərkivan qəsəbə sakini Lazım Həsənovun oğlunun hərbi xidmətdən qayıtması münasibətilə həyətində ziyafət məclisi təşkil etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ziyafət məclisinin təşkilatçısı və həmin vaxt orada iştirak edən şəxslər saxlanılaraq Masallı Rayon Polis Şöbəsinə gətiriliblər.
Sərtləşdirilmiş karantin rejimi qaydalarının pozduqlarına görə ziyafət məclisində iştirak edən 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [12:58]
Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm
- 23.04.2024 [12:33]
Növbəti köç karvanı Füzuliyə çatıb
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO
- 23.04.2024 [10:17]
Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər
- 23.04.2024 [09:42]
Xankəndidə silah-sursat aşkarlanıb
- 22.04.2024 [22:06]
Ödənişli yolda qəza baş verib, yaralananlar var VİDEO
- 22.04.2024 [20:22]