ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyi beşinci siniflərə şagird qəbulu elan edir
Bakı, 6 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyi 2020/2021-ci tədris ili üçün V siniflərə şagird qəbulu elan edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, liseyə qəbul imtahanı Azərbaycan bölməsi üzrə 75, rus bölməsi üzrə isə 25 yer olmaqla aparılır. İmtahanlar test üsulu ilə bu fənlərdən: tədris dili (Azərbaycan dili və ya rus dili) 25 sual, riyaziyyat 25 sual, məntiqdən 10 sual olmaqla keçiriləcək.
Qəbul imtahanında iştirak etmək üçün https://forms.gle/A93V1W1mnbBU1HTG6 linkində qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat iyulun 6-dan avqust 6-dək davam edəcək. İmtahan avqust ayının ikinci yarısında keçiriləcək. Qəbul imtahanın tarixi, keçiriləcəyi yer və ya forması haqqında sənəd verən şagirdlərin valideynləri əvvəlcədən məlumatlandırılacaq.
Maraqlananlar ətraflı məlumatı (012) 510-74-54; (012) 510-74-94 telefon nömrələri və [email protected] elektron poçt ünvanından əldə edə bilərlər.