REGİONLAR
Neftçalada tərəvəz sahələrindən 357 tondan çox məhsul götürülüb
Neftçala, 9 iyul, Mahir Babayev, AZƏRTAC
Neftçalalı fermerlər cari ilin məhsulu üçün erkən yazda 124 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul yetişib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm neftçalalı əkinçilər 124 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Artıq əkinçilər sahələrdə yetişmiş məhsulun yığımına başlayıblar və bu günədək 357.5 ton tərəvəz tədarük edilib. Yığılmış məhsulun 203.3 tonunu xiyar, 54.3 tonunu pomidor, 24.4 tonunu sarımsaq, 24.3 tonunu badımcan, 8 tonunu kələm, 5.8 tonunu bibər və 37.4 tonunu isə sair tərəvəz təşkil edib.
Əkinçilər, həmçinin sahələrdən 932 ton kartof, 179 ton qarpız, yemiş də toplayıblar.
Rayonda tərəvəz yığımı sürətlə davam edir. Əkinçilər gün ərzində 25-30 hektar sahənin məhsulunu yığırlar.