DÜNYA
Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir
Varşava, 12 iyul, AZƏRTAC
Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir.
AZƏRTAC xəbər verir ki, 27 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:00-da açılıb və 21:00-dək fasiləsiz işləyəcək. Yalnız səsvermə başa çatdıqdan sonra yerli KİV-lər “exit-poll”un nəticələrini dərc edə bilər.
Prezident postu uğrunda hazırkı lider Andjey Duda və Varşavanın meri Rafal Tşaskovski mübarizə aparırlar. Seçkilərin birinci turu iyunun 28-də keçirilib. Dövlət Seçki Komissiyasının məlumatına görə, Andjey Duda birinci turunda 8,45 milyon (43,5 faiz səs), Rafal Tşaskovski isə 5,9 milyon (30,4 faiz səs) seçicinin dəstəyini qazanıb. Namizədlər qeyd-şərtsiz qələbə üçün zəruri olan sadə səs çoxluğunu toplamadıqları üçün mübarizəni ikinci turda davam etdirirlər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:18]
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib
- 08.05.2024 [21:17]
Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq
- 08.05.2024 [20:55]
Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir
- 08.05.2024 [19:29]
Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]