Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Misir mətbuatında erməni diplomatın yalanları tutarlı faktlarla ifşa edilib

Misir mətbuatında erməni diplomatın yalanları tutarlı faktlarla ifşa edilib

Qahirə, 6 avqust, AZƏRTAC

Misirin “Əl-Əxbar” qəzetinə müsahibəsində Ermənistanın hərbi təxribatlarına bəraət qazandırmaq, hətta öz əməllərini başqasının üzərinə atmaq kimi “erməni brendi”nə əl atmaq istəyən, Azərbaycan və Türkiyənin ünvanına cəfəng iddialar səsləndirən işğalçı ölkənin Qahirədəki səfiri Karen Qriqoryanın yalanları elə həmin qəzetdə tutarlı faktlarla ifşa olunub. Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin erməni diplomatının “Türkiyə genişlənmə siyasətini tətbiq etmək və "yeni Osmanlıya" nail olmaq istəyir…” sərlövhəli müsahibəsinə cavabı beynəlxalq hüquqdan və diplomatiyadan nəsibini almamış Qriqoryana “azərbaycanlı şilləsi” effekti yaradıb.

Ermənistan-Misir münasibətləri, Ermənistanın Misirin Avrasiya İttifaqı ilə sərbəst ticarət sazişi imzalamaq səylərini dəstəkləməsinə toxunan, Bakı ilə İrəvan arasındakı son toqquşmalarda Türkiyəni Azərbaycanı hərbi cəhətdən dəstəkləməkdə ittiham edən, daha sonra Ankaranın bu dəstəyini “yeni Osmanlı” siyasətinin davamı olduğunu və Prezident Rəcəb Tayyib Ərdoğanın bölgədəki sabitliyi pozduğunu vurğulayan Qriqoryan “Dağlıq Qarabağ” xalqının (dünyada belə bir xalqın mövcudluğu yalnız ermənilərə məlumdur – AZƏRTAC) Azərbaycanın həmin ərazilərə sahib çıxmasına mane olmaq üçün müqavimət göstərdiyini bəyan edib. Heç bir arqumentə söykənməyən müsahibəsində regionda sülhə və təhlükəsizliyə ciddi təhlükə olan işğalçı Ermənistanın səfirinin məhz Türkiyəni Cənubi Qafqazda sabitliyi pozmaq cəhdlərində ittiham etməsi, “Ankaranın bütün imkanları ilə Azərbaycana dəstək verməyə hazır olduğunu və “bir millət və iki dövlət” prinsipinə uyğun olaraq, Ermənistana qarşı yaxın müttəfiqinə hər cür kömək göstərməyə davam edəcəyini” söyləməsi isə çarəsizlik və qorxu əlamətidir.

AZƏRTAC Azərbaycan səfirinin “Əl-Əxbar” qəzetində dərc olunmuş cavabının mətninə istinadla bildirir ki, diplomatımız beynəlxalq hüququn norma və prinsiplərindən, həmçinin beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlardan məlumatı olan hər kəsin beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb. Eyni zamanda, onlar Azərbaycan torpaqlarının 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna dair məlumatlıdırlar. Sözügedən münaqişə ilə bağlı sülh danışıqlarının heç bir nəticə verməməsinin əsas səbəbi isə Ermənistanın BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirməməsi, status-kvonu saxlamasıdır. Həmin qətnamələrdə işğalçı tərəf ilə işğala məruz qalmış tərəflərin adları açıq-aşkar çəkilir.

“Biz dünyanın ən böyük beynəlxalq təşkilatına inanaq, yoxsa torpaqlarımızı işğal edən və bir milyondan çox vətəndaşımızı qaçqın və köçkün vəziyyətinə salan Ermənistanın dediklərinə?!”, - deyə diplomatımız sual verir. Əlavə edir ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, öz torpaqlarını işğaldan azad etmək haqqına sahibdir.

İyulun 12-dən başlayaraq Ermənistanın Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara toxunan səfir bunun əsas səbəbkarının rəsmi Yerevan olduğunu vurğulayır. Qeyd edir ki, çünki Tovuz istiqaməti Azərbaycanın beynəlxalq və regional iqtisadi layihələrinin - neft və qaz kəmərlərinin, İpək yolunun yaxınlığından keçdiyi strateji bölgədir. Azərbaycan bu boru kəmərləri vasitəsilə Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və ölkəmizin həmin ərazilərə yaxın Ermənistanla sərhəd yerlərdə hücuma keçməsinin heç bir məntiqi əsası yoxdur. Ona görə də Ermənistanın Azərbaycanı ittiham etməsi gülüncdür.

Azərbaycan səfiri diqqətə çatdırır ki, toqquşmalar baş verən zaman dərhal Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsi və bu cəhdin cavabsız qalması üzv olduğu təşkilatın belə rəsmi Yerevanın dediklərinə inanmadığını göstərir. Azərbaycan Ordusu erməni hücumlarının qarşısını qətiyyətlə alıb və cavab atəşi ilə düşməni susdurub. Bu hücumlar zamanı Azərbaycan 12 şəhid verib, lakin Ermənistan tərəfi ölənlərin sayını hələ də gizli saxlayır.

Yazıda, həmçinin qeyd edilir ki, BMT, Qoşulmama Hərəkatı, İƏT kimi nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarların tələblərini yerinə yetirməyən, 1994-cü ildə iki ölkə arasında bağlanmış atəşkəs rejimini mütəmadi şəkildə pozan, 1992-ci ildə Xocalı soyqırımını törədən Ermənistan beynəlxalq hüquqdan danışmaq haqqına sahib deyil.

1994-cü ildən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların heç bir nəticə verməməsinin səbəbi isə Ermənistanın qeyri-konstruktiv mövqeyidir.

Səfir T.Rzayev qondarma “Dağlıq Qarabağ Respublikası” məsələsi ilə əlaqədar erməni səfirə sual verərək deyir: “Bu, “müstəqil respublikadır?”. Beynəlxalq ictimaiyyət və ya hər hansı bir dövlət, yaxud da Ermənistan tərəfindən belə bir “müstəqil respublika” tanınıbmı?! Xeyr, bu mümkün deyil və ola da bilməz! Ermənistan da daxil olmaqla heç bir dövlət qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımayıb və tanıya da bilməz”.

Diplomatımız vurğulayır ki, Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında “əgər Ermənistanın özü belə bir “respublikanı” tanımağa qalxsa, bunun cavabını görəcəkdir...” deyə bildirib. Çünki qondarma “respublika” adlandırılan Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, onun ayrılmaz bir hissəsi kimi tanıyır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli