İDMAN
“Bakı-2015”in qalibi rusiyalı cüdoçu Olimpiadada ikinci qızıl medalı qazanmağı qarşısına məqsəd qoyub
Bakı, 7 avqust, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarının qalibi rusiyalı Beslan Mudranov Olimpiya Oyunlarında ikinci dəfə qızıl medal qazanmağı qarşısına məqsəd qoyub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya təmsilçisi indi əsas vəzifəsinin “Tokio-2020”yə lisenziya qazanmaq olduğunu bildirib. O, qeyd edib ki, Rusiya komandasında güclü rəqabət var. İdmançı Tokio Olimpiadasına vəsiqə qazanacağına ümid etdiyini deyib.
B.Mudranov 2015-ci ildə Bakıda keçirilmiş birinci Avropa Oyunlarında cüdoçumuz Orxan Səfərovu (60 kq) finalda məğlub edərək qalib olub.
Rusiyalı cüdoçu “Rio-2016”da qızıl medal qazanıb. Avropa çempionatının ikiqat qalibi, dünya çempionatının gümüş mükafatçısıdır.
Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin, koronavirus pandemiyası səbəbindən yarış 2021-ci ilə təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]