Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yaşar Əliyev: Ermənistan rəhbərliyi bu təcavüz aktının köməyi ilə Ermənistan ictimaiyyətinin diqqətini dərin iqtisadi, maliyyə və siyasi böhrandan yayındırmağa çalışırdı

Yaşar Əliyev: Ermənistan rəhbərliyi bu təcavüz aktının köməyi ilə Ermənistan ictimaiyyətinin diqqətini dərin iqtisadi, maliyyə və siyasi böhrandan yayındırmağa çalışırdı

Vaşinqton, 7 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərib.

AZƏRTAC xəbər verir ki, həmin məktubda deyilir: 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın Tovuz rayonu istiqamətində artilleriya və minaatanlardan istifadə etməklə hücuma keçib. Sonrakı günlərdə Azərbaycan Tovuz rayonunun əhalisi sıx olan Ağdam, Dondar Quşçu və Əlibəyli kəndləri atəşə tutulub. Erməni təcavüzü nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini Əziz Əzizov, habelə Azərbaycan Silahlı Qüvvələrinin 12 zabiti və əsgəri həlak olub, çoxsaylı Azərbaycan vətəndaşları yaralanıb. Bu rayondakı mülki obyektlərə ciddi ziyan vurulub.

Məktubda qeyd edilir ki, Ermənistanın silahlı qüvvələrinin bu qərəzli hərəkətlərinin məqsədi təcavüzü genişləndirmək və Azərbaycan ərazisindəki yüksəkliklərə nəzarət imkanı əldə etmək və beləliklə, Azərbaycanın yaşayış məntəqələrinə və strateji əhəmiyyətli neft və qaz kəmərlərinə, o cümlədən hərbi eskalasiya zonasının yaxınlığında (müvafiq surətdə 15-25 kilometr və 10-12 kilometr məsafədə) yerləşən Cənub Qaz Dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yoluna təhlükə yaratmaq idi.

Ermənistan rəhbərliyi bu təcavüz aktının köməyi ilə Ermənistan ictimaiyyətinin diqqətini ölkədə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar daha da genişlənən dərin iqtisadi, maliyyə və siyasi böhrandan yayındırmağa çalışır.

Diplomat qeyd edib ki, Ermənistanın Azərbaycana hücumu rəsmi Yerevanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş araqızışdıran bəyanatlarından və hərəkətlərindən sonra törədilib. BMT-nin üzvü olan bir dövlətin ardıcıl təcavüz siyasətinin əyani nümunələri olan belə bəyanatlardan bir neçəsini xatırlatmaq kifayətdir.

Hələ 2013-cü ildə Ermənistanın ovaxtkı müdafiə naziri Seyran Ohanyan “Ermənistan Silahlı Qüvvələri birinci olaraq zərbə endirə bilərmi” sualının cavabında demişdi: “Mən heç nəyi istisna etmirəm, çünki bizim silahlı qüvvələrdən ölkənin müdafiəsi üçün istifadə edilməsi doktrinasında həm müdafiə, həm də preventiv xarakterli çoxsaylı tədbirlər nəzərdə tutulur”.

2014-cü ilin avqustunda Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan bir müsahibəsində Azərbaycanın iri şəhərlərinə qarşı kiçik məsafəli ballistik raketlər buraxılacağı ilə hədələyərək demişdi: “Azərbaycan rəhbərliyi Ermənistan Silahlı Qüvvələrinin arsenalında hansı resurslar olduğunu çox yaxşı bilir. Onlar çox yaxşı bilirlər ki, bizim sərəncamımızda 300 kilometrdən artıq məsafəli effektiv ballistik raketlər var və həmin raketlər istənilən firavan yaşayış məntəqəsini Ağdam kimi xarabalığa çevirə bilər”.

2017-ci il sentyabrın 21-də Ermənistan Baş Qərargahının rəisi general-leytenant Movses Akopyan etiraf etmişdi: “bizə həqiqətən böyük ərazilər lazımdır ki, respublikamızın təhlükəsizliyinə daha yaxşı təminat verə bilək”.

Ermənistanın işğalçı qüvvələrinin rəhbəri, Ermənistan Baş Qərargah rəisinin müavini general-leytenant Levon Mnatsakanyan 2018-ci il iyulun 24-də keçirdiyi mətbuat konfransında Azərbaycanın mülki infrastrukturuna raket zərbələri endiriləcəyi ilə hədələyərək demişdi: “Bu, bizim taktiki planlarımızın bir hissəsidir. Ümumiyyətlə, döyüş əməliyyatları aparılması məharəti hərbi əməliyyatlar təzələnəcəyi halda bu obyektlərə, habelə hərbi hədəflərə zərbələr endirilməsini tələb edir. Bu, düşmənin iqtisadiyyatına ziyan vuracaq və silahlı qüvvələr üçün müvafiq təchizatın təmin edilməsinə imkan verməyəcək. Mən hələlik buna zərurət görmürəm... lakin həmin hədəflərə zərbə endirmək zəruri olsa, biz bir saniyə belə tərəddüd etməyəcəyik”.

2019-cu il martın 30-da Ermənistanın müdafiə naziri David Tonoyan demişdi: “Mən müdafiə naziri kimi bəyan edirəm ki, sülh naminə ərazi formatını ifadə edən mən olmuşam. Biz əksinə edəcəyik – yeni ərazilər üçün yeni müharibə”. O, daha sonra deyib: “Biz bu xəndək vəziyyətindən, daim müdafiə olunmaq vəziyyətindən yaxa qurtaracaq və döyüş əməliyyatlarını düşmən ərazisinə keçirə bilən bölmələr əlavə edəcəyik”.

İyulun 12-də törədilmiş hücumdan iki gün əvvəl Ermənistan özünün yeni milli təhlükəsizlik strategiyasını qəbul edib. Bu strategiya təcavüz və ilhaq siyasətini təsdiq edib. 2020-ci il iyulun 13-də, yəni hücum başlananın ertəsi günü Ermənistan müdafiə naziri David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədri Anjey Kasprşik ilə telefon söhbətində yeni əlverişli mövqelər tutacağı ilə hədələyib.

Daha sonra qeyd edilir ki, hətta COVID-19 pandemiyasının dağıdıcı təsiri də Ermənistanın silahlı təxribat törətməsinə mane olmayıb. Aşkardır ki, Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Baş katibinin qlobal atəşkəsə çağırışını guya dəstəkləməsi və bu çağırışa sadiqliyi barədə bəyanatı ağ yalandır. Şübhə yoxdur ki, Ermənistanın məqsədi köməyə ehtiyacı olan insanların xilas etmək, onların əziyyətini yüngülləşdirmək deyil, öz təcavüzünü və ilhaq siyasətini genişləndirmək və təhlükəsiz şəkildə həyata keçirməkdir.

Ermənistanın indiki rəhbərliyi əhalini sülhə hazırlamaq əvəzinə öz sələflərinin ilhaqçı siyasətini həm sözdə, həm də əməli işdə təkrarlayır. Bu yaxınlarda törədilmiş eskalasiya Ermənistanın danışıqların formatına meydan oxumaq və sülh prosesini pozmaq, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və münaqişənin həllinə dair digər sənədlərin mahiyyətini təhrif etmək, Azərbaycan ərazilərinin işğalını uzatmaq, bu ərazilərdə Ermənistanın hərbi iştirakını möhkəmlətmək, həmin ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişməkdir. Belə hərəkətlərin münaqişənin dinc yolla və razılaşdırılmış şəkildə nizamlanması məqsədilə heç bir əlaqəsi yoxdur.

Azərbaycan Respublikası beynəlxalq birliyin diqqətini dəfələrlə bu məqama cəlb edib ki, Ermənistanın təcavüzünün davam etməsi və Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni iştirakı müharibənin və yerlərdə təkrarlanan eskalasiya hallarının əsas səbəbidir. Azərbaycanlı diplomat yazır: “Biz ardıcıl olaraq bəyan edirik ki, Azərbaycan öz ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının zorla yerinin dəyişdirilməsindən əziyyət çəkən ölkə kimi bu münaqişənin tezliklə və uzunmüddətli həllinin axtarılıb tapılmasında ən çox marağı olan tərəfdir”.

Lakin Azərbaycan əlini yanına salıb gözləməyəcək və Ermənistanın təxribatlarına, atəşkəs rejiminin pozulmasına adekvat reaksiya verəcək. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın bu yaxınlarda törətdiyi silahlı hücumları dəf etmək üçün, öz əhalisinin təhlükəsizliyini təmin etməyə, erməni tərəfin atış və dayaq mövqelərini neytrallaşdırımağa, onları təcavüz aktlarını davam etdirməkdən və vəziyyəti nəzarətə almaqdan çəkindirməyə yönəlmiş zəruri əks tədbirlər görüb. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyəti və rəşadəti bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünün pozulmasına dözməyəcək, öz ərazilərinin işğal edilməsi ilə barışmayacaq. Ermənistandan fərqli olaraq Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq adət hüququna müvafiq olaraq yalnız özünümüdafiə hüququ çərçivəsində hərəkət edir.

Bir daha təkrarlamaq yerinə düşər ki, təcavüz və onun hərbi nəticələri münaqişənin həlli deyil və heç vaxt Ermənistanın can atdığı siyasi nəticələrə gətirib çıxarmayacaq. Məktubun sonunda deyilir: “Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edilməklə mümkündür. Azərbaycan bu çərçivələrdən kənarda münaqişənin həllini mümkün hesab etmir və bu anlayış əsasında nizamlama prosesində iştirak edir”.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub VİDEO

Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Paytaxtın abad məhəllələrində Novruz şənliyi

AzMİU-nun əcnəbi tələbələrinin Novruz sevinci

Masallıda noxud əkini sahəsi iki dəfə artıb VİDEO

® “Coca-Cola” “2030 Su Təhlükəsizlik Strategiyası”nı təqdim edib

NATO-nun Baş katibi Gürcüstanın Baş naziri ilə görüşüb

Samuxda 2000 ağac və 1000 ədəd gül kolu əkilib