İQTİSADİYYAT
Sahibkarlar "Uz Agro Food Tech" virtual sərgisində iştiraka dəvət olunurlar
Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 19-dan 25-dək Özbəkistan və MDB ölkələri üçün kənd təsərrüfatı və texnologiya sahəsində "Uz Agro Food Tech" virtual sərgisi (ətraflı- https://www.uzagrofoodtech.com/) keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərgi kənd təsərrüfatı sektorunun iştirakçılarını, idxalçıları və ixracatçıları virtual məkanda bir araya gətirəcək. Sərgi çərçivəsində kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə virtual “B2B” görüşlərin keçirilməsi də nəzərdə tutulur. Ziyarətçi və ya iştirakçı kimi qatılmaq istəyən Azərbaycanın kiçik və orta biznes subyektləri məlumat üçün sərginin təşkilatçıları ilə əlaqə saxlaya bilərlər:
E-poçt: [email protected]
İnternet səhifəsi: www.b2b-fairs.com.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:27]
® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib
- 23.04.2024 [16:20]
Bakının daha bir prospektində velosiped yolu salınır
- 23.04.2024 [16:11]
Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb
- 23.04.2024 [14:44]