İDMAN
Avqustun 12-də futbol üzrə Azərbaycan çempionatının püşkü atılacaq
Bakı, 8 avqust, AZƏRTAC
Peşəkar Futbol Liqası (PFL) ölkə çempionatının 2020-2021-ci il mövsümünün başlanması ilə əlaqədar qərar qəbul edib.
AZƏRTAC PFL-in saytına istinadla xəbər verir ki, müzakirələrdən sonra çempionatın avqustun 21-də başlanması qərara alınıb. PFL bu qərarın qəbulu zamanı AFFA İcraiyyə Komitəsinin yaratdığı İşçi Qrupun təklifini, AFFA ilə aparılan müzakirələri, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada idman yarışlarına avqustun 10-dan etibarən icazə verməsini nəzərə alıb.
Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimi avqustun 12-də AFFA-nın inzibati binasında keçiriləcək. Klubların və KİV-lərin nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlayacaq. Mərasim “CBC Sport” kanalı vasitəsilə birbaşa yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]