CƏMİYYƏT
Azərbaycanda koronavirusla əlaqədar aparılan testlərin sayı 790 mini keçib
Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 10-da Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5015 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 790 min 141-ə çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2513-ə bərabərdir. Xəstələrdən 252 nəfəri reanimasiyadadır ki, onlardan da 49-u süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, avqustun 10-da Azərbaycanda koronavirus infeksiyasına daha 79 yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]