İDMAN
Fernando Alonsonun “İndianapolisin 500 mili” yürüşlərində startda iştirakı təmin edilib
Bakı, 12 avqust, AZƏRTAC
Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonsonun “İndianapolisin 500 mili” yürüşlərində ötən ilki uğursuzluğu təkrarlanmayacaq. 2019-cu ilin may ayında ispaniyalı sürücü təsnifat yarışını keçə bilmədiyi üçün starta da çıxa bilməmişdi.
AZƏRTAC xəbər verir ki, bu il koronavirus pandemiyası səbəbindən əsas yarış olan “IndyCar” may ayından avqusta təxirə salınıb. Təşkilatçılar artıq 33 pilotun yer aldığı siyahını təqdim ediblər. Ötən il isə bu rəqəm 36 olub. Bu, o deməkdir ki, “İndi-500”də 33 pilot iştirak edəcək. Yəni, bu dəfə seçmə yarışlar olmayacaq.
F.Alonso 66 nömrə altında çıxış edəcək.
Yarışa hazırlıq məqsədi ilə məşqlər avqustun 13-də başlayır. Sərbəst yarışlar avqustun 16-da, əsas yarış isə avqustun 23-də olacaq.