ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutunun əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun Efir yağlı bitkilər laboratoriyasının elmi işçisi Vüsalə Bədəlovanın “Karantin rejimində insanlarda emosional gərginliyin artmasına Passiflora İncarnata L. növün sedativ təsiri” adlı məqaləsi IV Beynəlxalq Asiya Müasir Elm Konqresinin jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimində Passiflora İncarnata L. növün insanlarda immunitetin gücləndirilməsi, immun sisteminə müsbət təsir etməsi və emosional gərginliyin aradan qaldırılmasında xüsusiyyətləri təhlil olunub.