İDMAN
Neymar cari mövsümün yeni rekorduna imza atıb
Bakı, 13 avqust, AZƏRTAC
Fransanın “Paris Sen-Jermen” futbol klubunun braziliyalı hücumçusu Neymar yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində “Atalanta” ilə qarşılaşmada 16 dəfə uğurlu driblinq edən 28 yaşlı hücumçu bu baxımdan 2019-2020-ci il mövsümünün rekordunu yeniləyib. Onadək ən yüksək göstərici “Barselona”nın kapitanı Lionel Messi və “Napoli”nin hücumçusu Lorenzo İnsinyeyə məxsus idi. Hər iki futbolçu bir matçda 11 uğurlu driblinqlə yadda qalıb.
Qeyd edək ki, “Paris Sen-Jermen”in “Atalanta” üzərində 2:1 hesablı qələbə qazandığı görüşdə Neymar məhsuldar ötürmə edib. Yarımfinala adlayan Fransa klubunun bu mərhələdəki rəqibi “Leypsiq”–“Atletiko” cütünün qalibi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]