ELM VƏ TƏHSİL
DİM: Sabahdan imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq
Bakı, 13 avqust, AZƏRTAC
Avqustun 14-dən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.
DİM-dən AZƏRTAC-a bildirilib ki, avqustun 14-də DİM-in “Facebook” səhifəsi və “YouTube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən bu gün və sabah keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqları və sualların düzgün cavabları ilə bağlı geniş izahat veriləcək.
Qeyd edək ki, bu gün DİM tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]