CƏMİYYƏT
Oğurluq etdiyinə görə tutulmuş şəxsin soyğunçuluq əməli törətməsi də müəyyənləşdirilib
Bakı, 15 avqust, AZƏRTAC
Paytaxtın Xəzər rayonunda oğurluqla məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş A.Əliyevla bağlı rayon polis idarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini A.Ağayevanın 50 manat məbləğində pulunu soyğunçuluq yolu ilə alması müəyyən edilib. A.Əliyevin bir evdən 120 metr elektrik naqili, bir mağazadan isə 60 manat pul, noutbuk, çantalar və qələmlər oğurlaması da məlum olub.
Faktlarla bağlı təhqiqat aparılır.