DÜNYA
Yaponiya “Beş göz” kəşfiyyat ittifaqının üzvü olmaq istəyir
Tokio, 15 avqust, AZƏRTAC
Yaponiya ABŞ, Böyük Britaniya, Yeni Zelandiya, Kanada və Avstraliyanın daxil olduğu “Beş göz” (Five Eyes - FVEY) kəşfiyyat ittifaqının üzvü olmaq istəyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə nazir Taro Kono “Nikkei” qəzetinə müsahibəsində məlumat verib.
“Bütün bu ölkələr eyni dəyərləri bölüşürlər. Yaponiya bu ittifaqa yaxınlaşaraq onu “Altı göz”ə qədər genişləndirə bilər”, - deyə T.Kono qeyd edib.
Nazir deyib ki, bu ittifaqla əlaqələrin genişləndirilməsi Yaponiyaya mühüm məxfi informasiya əldə etməsinə açar və kəşfiyyat məlumatlarının ölkəsi ilə bölüşülməsi imkanı yaradar. Yaponiya həmin ittifaqın üzvü olmasa da, ehtiyac yarandığı təqdirdə ona kəşfiyyat məlumatlarını təqdim edir. FVEY çərçivəsində əməkdaşlıq Çinin regionda fəallığının qarşısının alınmasına da təsir göstərə bilər.
T.Kono, eyni zamanda, bildirib ki, Yaponiyanın ittifaqa qoşulması üçün xüsusi proseduralar keçməyə də ehtiyac yoxdur.
Qeyd edək ki, “Beş göz” ittifaqı çərçivəsində, həmçinin dünyanın müxtəlif regionlarında informasiyanın toplanması və təhlili üzrə radiotexniki kəşfiyyat fəaliyyəti (UKUSA) də mövcuddur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio