CƏMİYYƏT
Mingəçevirdə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb
Bakı, 15 avqust, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yasin Fərzəliyevə ev şəraitində müalicə təyin edilsə də, o, özünütəcrid qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Onun şəhər ərazisindəki olduğu ünvan dərhal müəyyən edilib və əraziyə həkim briqadası dəvət olunub.
Y.Fərzəliyev ilə profilaktik söhbətlər aparılıb və o, yaşadığı ünvana geri qaytarılıb.
Məsələ ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.