Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vüqar Rəhimzadə: Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır

Vüqar Rəhimzadə: Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır

Bakı, 20 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirən, davamlı inkişafın təminatçısına çevrilən “Əsrin müqaviləsi”nin imzalanmasından 26 il ötür. Məhz 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanı bir daha dünyaya sabitlik diyarı, böyük biznes imkanlarına malik ölkə kimi təqdim etdi.

Ümumiyyətlə, son 26 ildə “Əsrin müqaviləsi” Azərbaycana hansı uğurları qazandırdı” sualına cavab ölkəmizin bugünkü reallıqlarıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası hələ bundan yüz illər sonra da Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaq, yeni-yeni layihələrə yol açmaqla ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı imicə dəyərli əlavələr edəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil”qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqəti “Əsrin müqaviləsi”nin 26 illiyi ərəfəsində Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasiminə, eyni zamanda, Prezident İlham Əliyevin bu mərasim çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsinə yönəldərək bildirib ki, dövlətimizin başçısının da vurğuladığı kimi, “Abşeron”, bir ay bundan əvvəl isə “Qarabağ” və digər layihələrin icrası istiqamətində atılan addımlar bundan sonra da Azərbaycan iqtisadiyyatının tərəqqisində neft-qaz amilinin önəmli rolunu təsdiqləyir: “Prezident bu fikri xüsusi qeyd edir ki, neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, ölkə qurmaq üçün vasitədir. 2003-cü ildən başlayaraq “qara qızıl”ın insan kapitalına çevrilməsi tezisi irəli sürülərək bu istiqamətdə əldə olunan uğurlar da deyilənlərin təsdiqidir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılmasında da əsas məqsəd neft gəlirlərinin istifadəsində şəffaflığın qorunması, ədalət prinsipinə üstünlük verilməsidir. Fondun maliyyələşdirdiyi istiqamətlərə diqqət yetirdikdə görürük ki, ölkənin hərtərəfli inkişafı əsas hədəfdir”.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür söyləyən V.Rəhimzadə qeyd edib ki, yaxın zamanlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümünü qeyd edəcəyik: “Prezident İlham Əliyev uğurlara baxış fonunda ortaya çıxan “hələ 30 il tamam olmayıb, amma biz hansı işləri görürük” sualına cavab olaraq bildirdiyi kimi, Azərbaycan nefti tam şəkildə xalqın maraqlarına xidmət edir. Azərbaycan bütün beynəlxalq reytinqlərdə ən qabaqcıl yerlərdədir. Əməkdaşlıq əlaqələrini regional çərçivədən beynəlxalq müstəviyə doğru inkişaf etdirən Azərbaycan bu gün bütün dünyada təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, cari ilin sonuna qədər layihənin digər tərkib hissəsi olan TAP-ın istifadəyə verilməsinin nəzərdə tutulması da deyilənləri bir daha sübut edir. 2017-ci ildə Ulu Öndərin müəllifi olduğu “Əsrin müqaviləsi”nin icra müddətinin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan “Yeni Əsrin müqaviləsi”nin imzalanması bir daha Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu artırır. Bu gün Azərbaycanda uğurlu neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı sürətləndirilir, infrastruktur layihələri həyata keçirilir, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı prioritet məsələ kimi öndə saxlanılır. Bu gün Azərbaycan infrastruktur layihələrinin icrasına verilən dəyərə görə dünyada qabaqcıl yerdədir. Davos Dünya İqtisadi Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Ölkəmiz yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdədir. Bir sözlə, “Əsrin müqaviləsi” Azərbaycana bütün sahələrdə uğurlar qazandırıb və hazırda bunların əsasında qarşıdakı dövrün hədəfləri müəyyənləşdirilir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz də ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasının nəticəsidir. Prezident İlham Əliyev qeyd olunan müsahibəsində bu mühüm məqamı xüsusi qeyd etmişdir: “Budur, müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir.” Azərbaycan neftinin 2006-cı ildə, 28 May-Respublika Günündə Ceyhan terminalına çatması da öz rəmzi mənası ilə diqqət çəkmişdi. Bu mühüm hadisə bir daha dövlət müstəqilliyimizin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolunu dünyaya təqdim etdi”.

V.Rəhimzadə neft strategiyasının uğurla həyata keçirilməsində SOCAR-ın, onun tərkibində vahid məqsəd uğrunda fədakarlıqla çalışan çoxminli neftçi ailəsinin əməyini xüsusi vurğulayıb: “Prezident İlham Əliyev bütün çıxışlarında, müsahibələrində ölkəmizin enerji sektorunda qazandığı uğurlarda SOCAR-ın, o cümlədən qəhrəman neftçilərimizin xidmətlərindən geniş bəhs edir. Dövlətimizin başçısı Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində də bildirmişdir ki, neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır: “Çox şadam ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir və çox gözəl xatirələrim var. Əldə etdiyim təcrübə, biliklər bu gün mənə kömək göstərir. Mən şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik edirdim və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynayırdım. Çox şadam ki, mən bizim görkəmli neftçilərimizlə bir yerdə işləmişəm”.

Vüqar Rəhimzadə qeyd edib ki, yeni neft strategiyasının əsas icraçılarından olan SOCAR bu gün dünya miqyasında modern beynəlxalq şirkətə çevrilib. Hazırda SOCAR Türkiyə, Gürcüstan, Ukrayna və digər xarici ölkələrdə böyük investisiya layihələri həyata keçirir. Şirkət ölkəmizdə zəngin neft-qaz ehtiyatlarına malik yataqların xarici tərəfdaşlarla birgə işlənməsini həyata keçirərək ixrac imkanlarımızı daha da genişləndirir. SOCAR-ın malik olduğu imkanlar ona hər bir layihəni uğurlu sonluqla başa çatdırmağa stimul verir. Ən əsası, qurumda yüksəkixtisaslı kadrların önə çəkilməsi müasir dövrün tələbləri ilə tam uzlaşır, yeni-yeni hədəflərə yol açır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb