Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi şəffaflığın təmin olunmasında xüsusi əhəmiyyət daşıyır

Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi şəffaflığın təmin olunmasında xüsusi əhəmiyyət daşıyır

Bakı, 21 sentyabr, AZƏRTAC

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin optimallaşdırılması və biznes proseslərinin avtomatlaşdırılması sahəsində innovativ texnologiyaların tətbiqi, digər dövlət qurumları ilə inteqrasiya, sahibkarlıq subyektlərinin qeydiyyatı, şəffaf biznes mühitinin təmin edilməsi məqsədilə hazırlanan Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) bir sıra modulları hazırlanaraq istismara verilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qida sahəsində fəaliyyət göstərən sahibkarlar AQTİS-də “Şəxsi kabinet”ə “ASAN İmza” və ya “ASAN Login” ilə daxil olurlar. Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması, dövlət reyestrində dəyişikliyin edilməsi, idxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına, qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin idxalına, bitki, bitkiçilik məhsulları və digər karantin nəzarətində olan materialların, həmçinin baytarlıq nəzarətinə aid məhsulların idxalına rəy verilməsi və idxalçının diri heyvan üçün tranzit müraciətləri həmin sistem vasitəsilə həyata keçirilir. Ümumilikdə “Şəxsi kabinet” vasitəsilə sahibkarlar Agentliklə olan münasibətlərini tənzimləyir, müraciətlərini edir və həmin müraciətlərə elektron olaraq cavab ala bilirlər.

AQTİS-in yoxlamalar modulu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanır. Yoxlamalar zamanı şəffaflığı və operativliyi təmin etmək məqsədilə müfəttişlər yaxa kameraları və planşetlərlə təmin edilib. Yoxlamanın gedişi planşetlərdəki interfeys vasitəsilə sistemə daxil ediləcək və vahid məlumat bazasında toplanacaq. Planşetlərdəki yoxlama interfeysi oflayn və onlayn rejimdə işləməklə, məlumatların daimi daxil edilməsinə şərait yaradacaq. Yoxlama zamanı yaxa kamerası ilə emal olunan səs, video və şəklin sistemə əlavə edilməsi yoxlamalar haqqında şəffaf məlumat bazası formalaşdıracaq. Yoxlamalar zamanı sınaq nümunələrinin götürülməsi, inzibati cərimələrin yazılması, məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi və illik təftiş planları da sistem vasitəsilə icra ediləcək.

Qida Təhlükəsizliyi İnstitutunun nəzdində olan sınaq laboratoriyalarında iş prosesinin avtomatlaşdırılmasını AQTİS-in laboratoriya modulu təmin edəcək. Həmin modul vasitəsilə laboratoriyalar haqqında məlumat, tədqiq olunacaq nümunələrin qəbulu, tədqiqi və nəticələrin idarəedilməsi, laboratoriya mütəxəssislərinin məlumatları, obliqat qruplar üzrə məlumatlar, laboratoriya avadanlıqları barədə texniki və funksional göstəricilər, laboratoriyaların tələbatları və s. idarə olunacaq. Laboratoriyaya daxil olan bütün nümunələr barkod və ya QR-kod vasitəsilə nömrələnəcək və bu, nümunələrin gizliliyini təmin edəcək. Sistem vasitəsilə analitik hesabatlar və statistik məlumatlar əldə olunması keyfiyyətin idarəedilməsini, rentabelliliyin təhlili və risk əsaslı idarəetməni tənzimləyəcək.

AQTİS-in idxal–ixrac modulunda qida sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən bütün növ idxal və ixrac proseslərini idarə etmək mümkündür. Həmin modulla idxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin idxalına, bitki, bitkiçilik məhsulları və digər karantin nəzarətində olan materialların idxalına, baytarlıq nəzarətinə aid məhsulların idxalına rəy verilməsi və idxalçının diri heyvan üçün tranzit müraciətləri həyata keçirilməklə bərabər bütün proses avtomatlaşdırılmış şəkildə icra olunur. Prosesin sonunda müraciətə uyğun olaraq sertifikatlaşdırma elektron şəkildə icra edilir və sahibkarın “Şəxsi kabinet”inə göndərilir. Həmin proseslə əlaqədar bütün ödənişlər onlayn şəkildə Hökumət Ödəniş Portalı üzərində həyata keçirilir. Modul Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə inteqrasiya edilib ki, bu da qurumlar arasında məlumat mübadiləsi, idxal–ixrac proseslərinin az vaxt ərzində şəffaf və operativ həyata keçirilməsinə təkan verəcək.

AQTİS-in funksionallığının genişləndirilməsi, məlumatların tamlığının qorunması və operativliyin təmin edilməsi məqsədilə digər dövlət qurumlarının informasiya sistemləri ilə məlumat mübadiləsi həyata keçirilir. Hazırkı vaxtadək Vergilər Nazirliyindən VÖEN-in və Ədliyyə Nazirliyi ilə FİN məlumatların alınması, həmçinin “E-gov” portal, Səhiyyə Nazirliyi, “Asan İmza” və “Hökumət Ödəniş Portalı” ilə inteqrasiyalar uğurla yerinə yetirilir. Həmçinin AQTA tərəfindən “Elektron hökumət”in inkişafı ilə əlaqədar olaraq iki istiqamət üzrə elektron xidmət hazırlanaraq “Elektron hökumət” portalına inteqrasiya edilib.

AQTİS-in infrastrukturunun və fəaliyyətinin dayanıqlığının təmin edilməsi məqsədilə və Prezident İlham Əliyevin 2019-cu il iyunun 3-də imzaladığı “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Fərmanın 7.1. bəndinə uyğun olaraq, agentliyin dövlət informasiya sistemləri (AQTIS serverləri) və ehtiyatları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzində yerləşdirilib.

2021-2025-ci illər üzrə AQTİS-də bir çox yeni modulların hazırlanması da nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peyvənd olunmaq göyöskürəkdən qoruyan ən etibarlı vasitədir - həkim məsləhəti

Bayram günlərində Türkiyə nəqliyyatında rekordlar, qəzalar və nəticələr

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib