Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Prezidentinin dərin məzmunlu nitqi: İlham Əliyevin BMT tribunasından irəli sürdüyü tarixi tezislər

Azərbaycan Prezidentinin dərin məzmunlu nitqi: İlham Əliyevin BMT tribunasından irəli sürdüyü tarixi tezislər

Qoşulmama Hərəkatı və BMT: İlham Əliyevin müqayisələri

Azərbaycan Prezidenti dünyada öz nüfuzu olan siyasi liderlərdən biridir. Ölkəyə rəhbərliyi müddətində bir sıra təşəbbüslərin müəllifi olmaqla yanaşı, İlham Əliyev ədalətli və obyektiv mövqeyi ilə də tanınır. Məhz bu kimi keyfiyyətlərin birbaşa nəticəsidir ki, BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda Azərbaycanın dövlət başçısı altıncı çıxış edib. Özü də qürurvericidir ki, həm siyasi ritorika, həm də məzmun baxımından strateji və çox aktual tezislər irəli sürüb. Onu ayrıca vurğulamaq gərəkdir ki, Azərbaycan Prezidenti, eyni zamanda, iki statusda iclasda nitq söyləyib: Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi! Hər iki statusda çox uğurlu çıxış edib. Dəqiq məntiqə və aydın müddəalara əsaslanan çıxışında beynəlxalq əhəmiyyətli məsələləri lakonik izah edən İlham Əliyev öz təkliflərini irəli sürüb.

Onların ümumi analizi göstərir ki, Azərbaycan Prezidenti qlobal miqyasda özünü göstərən geosiyasi, siyasi, humanitar, iqtisadi və təhlükəsizlik məsələləri ilə bağlı olan trendləri çox dərindən bilir və qarşıya çıxan problemlərin həllini konkret təsəvvür edir. Həmin mövqeyini dövlət başçısı 120 ölkənin təmsil olunduğu böyük bir beynəlxalq təşkilatın adından ifadə edir. Bu, tarixi bir məqamdır və heç şübhəsiz, Azərbaycan dövlətçiliyində ayrıca yeri olmalıdır. Postsovet məkanında İlham Əliyevdən başqa siyasi liderlər sırasında bu statusda çıxış edən hələ yoxdur.

İlham Əliyev çıxışına iki əlamətdar hadisəni tarixi və geosiyasi aspektdə maraqlı əlaqələndirməklə başlayıb. BMT-nin 75 illiyi və Bandunq Konfransının 65 illiyi!

Bandunq Konfransı 1955-ci ilin aprelində İndoneziyanın Bandunq şəhərində keçirilib. Konfransı Asiya və Afrikanın müstəmləkəçiliyə qarşı olan dövlətləri təşkil ediblər. Onu İndoneziya Prezidenti Sukarno açıb. Tarixdə ilk dəfə olaraq keçmiş müstəmləkə olan dövlətlər öz maraqlarını təşkilatlanmış şəkildə qorumağa və təmin etməyə qərar verirdilər. Lakin onlar hərəkatın adını qoşulmama ilə əlaqələndirdilər. Bandunq Konfransında qəbul edilən bəyannamə, faktiki olaraq, Qoşulmama Hərəkatının əsasını qoydu və sonradan onun sıraları genişləndi. Bandunq Konfransında dünyada ümumiyyətlə müstəmləkəçiliyi ləğv etmək başlıca tezis idi. Bunun fonunda ölkələrin iqtisadi, mədəni, insan hüquqları, asılı xalqların problemlərinin birgə həlli, beynəlxalq sülh və əməkdaşlıq məsələləri müzakirə olundu. Qəbul edilən bəyannamədə Asiya və Afrika ölkələri arasında hərtərəfli əməkdaşlığın inkişafına və bir-birinə yardım etməyə çağırışlar ifadə olundu. Konfransda "Ümumdünya sülh və əməkdaşlığa yardım etmək haqqında qətnamə" qəbul olundu ki, orada müstəmləkəçiliyə son qoymaq qətiyyəti ifadə edilir, hərbi bloklar pislənirdi.

Bunları bir daha xatırlatmaqda məqsədimiz ondan ibarətdir ki, BMT-nin də yubileyinə təsadüf edən hazırkı mərhələ 65 il bundan əvvəl Bandunq Konfransında müzakirə olunan problemlərlə səsləşir. İndi də müstəqil dövlətlərin təhlükəsizliyi, qarşıya çıxan müxtəlif təbiətli problemlərin həlli aktuallığı, hər bir təcavüzə və istismara qarşı birgə fəaliyyət son dərəcə aktualdır. Və BMT bu kimi məsələlərin həllində son illər xeyli dərəcədə acizlik göstərir. Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri kimi siyasi incəliklə bu iki yubileyi bir-biri ilə əlaqələndirməsi dərin məqamlara işarədir. Onu daha aydın təsəvvür etməyin məntiqini İlham Əliyev sonrakı fikirlərində irəli sürdüyü tezislərdə ifadə edib.

BMT-də islahatlar: zamanın tələbi

İlham Əliyev çıxışı zamanı deyib: "BMT, onun Nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir. Məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələ və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir". Və ardınca vurğulayıb: "Qoşulmama Hərəkatı təsdiq edir ki, narahatlıq doğuran yeni sahələr və çağırışlar meydana gəlib. Burada BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik yenidən nümayiş etdirilməlidir".

Dövlət başçısının bu iki fikrini birləşdirən məntiq aydındır: BMT və Qoşulmama Hərəkatı üçün indi aktual olan problemlər beynəlxalq təhlükəsizliyin təmini, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunmasıdır. Ayrılıqda Qoşulmama Hərəkatı onları, narahatlığa səbəb olan yeni sahələr və çağırışlar kimi qəbul edir. Deməli, hər iki böyük beynəlxalq təşkilatın məqsədləri eynidir və bu səbəbdən də onlar koordinasiyalı və qətiyyətli hərəkət etməlidirlər. Hesab edirik ki, qlobal miqyasda əhəmiyyəti olan güclü tezisdir. Onun reallaşması doğrudan da dünya miqyasında geosiyasi dinamikanı müsbətə doğru dəyişməyə imkan verə bilər. Həm də BMT-nin reabilitasiyasını təmin edər.

Məhz bu bağlılıqda İlham Əliyevin dünyanı düşündürən problemləri konkret vurğulaması diqqəti çəkir. Ölkə rəhbəri ifadə edir ki, "insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir". Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyətdə narahatlıq yaradan və demək olar ki, bütün regionlarda mövcud olan konkret problemləri bir daha xatırladıb. Onların həlli beynəlxalq hüquqa hörmət əsasında olmalıdır. Lakin beynəlxalq hüquqa hörməti hansı mexanizmlə təmin etmək mümkündür?

İlham Əliyev bu sualın da cavabını verir. Azərbaycan rəhbəri vurğulayır ki, bunu səmərəli beynəlxalq təsisatların fəaliyyəti ilə həyata keçirmək mümkündür. Buna görə də hazırda dünyanın səmərəli beynəlxalq təsisatlara ciddi ehtiyacı yaranıb. Həmin bağlılıqda dövlət başçısı ifadə edib: "Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir".

Deməli, İlham Əliyevin növbəti tezisi ondan ibarətdir ki, qlobal problemlərin həllində aparıcı rolu BMT oynamalı, Qoşulmama Hərəkatı isə ona geniş dəstək verməklə fəaliyyətini gücləndirməlidir. İndiyə qədər "Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır". Bu gün də Qoşulmama Hərəkatı hesab edir ki, BMT-nin rolunun gücləndirilməsi üçün səylər göstərilməlidir.

Azərbaycan Prezidenti bu kimi ümumi əsaslandırma və faktları göstərdikdən sonra Qoşulmama Hərəkatının sədri kimi maraqlı təklif irəli sürür. İlham Əliyev bəyan edir: "Qoşulmama Hərəkatı artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır, ədalətli, bərabərhüquqlu dünya nizamının və qlobal demokratik idarəçiliyin yaradılması üçün BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa ciddi riayət olunması vasitəsilə multilateralizmin və BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edir".

Bu fikirlərlə Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi BMT-də ciddi islahatların aparılması zamanının çoxdan yetişdiyini ifadə edir. Bu istiqamətdə Azərbaycanın dövlət başçısının mövqeyi aydın və qətidir. İlham Əliyev sözlərinə davam edərək vurğulayır: "Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq".

Ermənistan dünyaya təhlükədir: İrəvan yeni müharibəyə hazırlaşır

Bizcə, bu, İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi çıxışının mərkəzi punktlarından biridir. Burada ölkə rəhbərinin mövqeyinin iki faktorla uyğunlaşdığını da deməliyik. Birincisi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da BMT Təhlükəsizlik Şurasında islahatları vacib saydığını dilə gətirib. Deməli, bu dəfə də Azərbaycan və Türkiyə eyni mövqe nümayiş etdiriblər. İkinci məqam ondan ibarətdir ki, İlham Əliyev çıxışının ikinci hissəsini Azərbaycan Prezidenti kimi birinci çıxışı ilə tam məntiqi bağlılıqda qurub. Konkret desək, dövlət başçısı ədalətli, humanist, beynəlxalq hüquq normalarına böyük əhəmiyyət verən, mövcud münaqişələrin BMT Nizamnaməsinə uyğun həll edilməsinin tərəfdarı olan müdrik siyasi xadim kimi fərqlənib. İşğala məruz qalmış bir dövlətin başçısı kimi İlham Əliyev kifayət qədər xoşməramlı, sülhpərvər, lakin milli maraqları qətiyyətlə qoruyan lider təəssüratını daha da möhkəmləndirib.

İlham Əliyev Azərbaycan adından çıxışında BMT ilə təqribən 30 ildir uğurlu əməkdaşlıq edildiyini vurğulayıb. Bu müddətdə müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olunub. Onu da unutmaq olmaz ki, hər bir üzv dövlət BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürüb. Ancaq "...Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir".

Yəni, Azərbaycan üzərinə düşən bütün öhdəliklərə əməl edir, lakin onun torpaqlarını qonşu dövlətlərdən biri – Ermənistan işğal edib. Bu, İlham Əliyevin yuxarıda formalaşdırdığı ümumi tezisin konkret fakt əsasında ifadə edilməsidir. Belə ki, Qoşulmama Hərəkatını da narahat edən geosiyasi problemlər, o cümlədən həll edilməmiş münaqişələr, ilk növbədə, BMT-nin Nizamnaməsinə uyğun həllini tapmalıdır. Buna baxmayaraq, Ermənistan BMT qətnamələrini qulaqardına vurmaqla həm BMT-yə hörmətsizlik edir, həm də təcavüzkarlığına haqq qazandırmağa çalışır. Bəs bu vəziyyət niyə yaranıb?

Bu da aydındır. Çünki nə BMT, nə də ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin ədalətli həllində israrlı olmayıblar. BMT-nin Təhlükəsizlik Şurasının üç daimi üzvünün həm də Minsk qrupunda həmsədr olması belə vəziyyəti dəyişməyib. Deməli həm BMT, həm də Minsk qrupunda islahatların aparılması zərurət kimi qarşıda durur.

Bu cür laqeyd və bir sıra hallarda tərəfkeş yanaşma faktiki olaraq Ermənistanı şıltaq uşağa çevirib. İlham Əliyev rəsmi İrəvanın davranışlarından bir sıra nümunələri belə ifadə edib: "...Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib". Yəni, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə yanaşı, mədəni-tarixi dəyərlərə və demokratiyaya ciddi zərbə vurur. İnsan haqlarını kobud şəkildə pozur.

Son illərin təcrübəsi göstərir ki, rəsmi İrəvan etdiklərindən nəinki utanıb-çəkinmir, hətta daha da qabağa getməyə can atır. Konkret olaraq, o, yeni ərazilər işğal etmək, başqa dövlətlərə qarşı iddialar irəli sürmək izinə düşüb. Azərbaycan Prezidenti bütün bunları nəzərə alaraq sual edir: kiçik və zəif bir ölkə haradan ilham alıb bu cür yaramazlıqlar etməkdədir? Ermənistanın baş naziri "Qarabağ Ermənistandır" kimi absurd bəyanatlar verməklə, əslində, beynəlxalq hüquq normalarına sayğısızlıq göstərir, beynəlxalq təşkilatları şantaj edir. Təsadüfi deyil ki, o, danışıqları davam etdirmək üçün qəbuledilməz "yeddi şərt" irəli sürür. Və beynəlxalq təşkilatlar bir söz belə demirlər. Azərbaycan Prezidenti isə bir daha BMT tribunasından bu əsassız şərtlərə cavab olaraq bəyan edib: "Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır".

Bundan başqa, Azərbaycanın dövlət başçısı N.Paşinyanın nasizmi təbliğ etməsinə dünya ictimaiyyətinin laqeyd yanaşmasını normal hal saymır. Bu, bütövlükdə ideoloji təxribat və faşizmi Cənubi Qafqaza yenidən bəla etməkdir. Təsadüfi deyildir ki, "Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Ermənistan sonuncu təxribat aktını iyul ayında Ermənistan-Azərbaycan sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu".

Nəhayət İlham Əliyev bütün dünyaya səslənir. Ermənistan on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrini yaradır. "Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə" bəyanatları ilə hədələyir... Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik".

Beləliklə, Prezident İlham Əliyev Ermənistan hakimiyyətinin məqsədlərini növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Eyni zamanda, vurğulayıb ki, Azərbaycan indiki vəziyyətlə heç vaxt barışmayacaq. Ona qarşı beynəlxalq hüquq normalarını pozurlarsa, buna adekvat reaksiya veriləcək. Bununla İlham Əliyev BMT-nin yüksək səviyyəli toplantısında Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət daşıyan bir sıra tezisləri önə sürüb. Ermənistanın təcavüzkarlığına qətiyyətlə cavab vermək üçün bütün hüquqi əsaslar hazırlanıb. Dünya, ilk növbədə, BMT bunu qəbul etməlidir. Ya da təcili olaraq özünün dörd qətnaməsinin reallaşmasına nail olmalıdır. Bütün hallarda Azərbaycan Ordusu işğal edilmiş Vətən torpaqlarını yad tapdağından xilas etmək hüququnu tam olaraq özündə saxlayır.

Leyla Məmmədəliyeva

Newtimes

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib