Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycanda təhsil sahəsində aparılan islahatlar bu sahənin uğurlu gələcəyinə istiqamətlənib

Azərbaycanda təhsil sahəsində aparılan islahatlar bu sahənin uğurlu gələcəyinə istiqamətlənib

Bakı, 24 sentyabr, AZƏRTAC

Son günlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tikilən və əsaslı təmirdən sonra istifadəyə verilən məktəblərin açılışında iştirak edir, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün yaradılan şəraitlə və yeni texniki vəsaitlərlə tanış olur, öz dəyərli tövsiyələrini verirlər. Bütün bunlar bir daha dövlətimizin Azərbaycan təhsilinə olan qayğısının sübutudur. Koronavirus pandemiyasının dünyada və ölkəmizdə törətdiyi fəsadlara baxmayaraq, təhsil həmişəki kimi dövlət başçısının nəzarətindədir. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar bu sahənin uğurlu gələcəyinə istiqamətlənib. Təhsilin maddi-texniki bazasının yüksəldilməsi dövlətimizin qarşıya qoyduğu vacib məsələlərdəndir. Ulu öndər Heydər Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, “Təhsili olmayan millətin və dövlətin gələcəyi yoxdur”. Təhsilin inkişafına qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Hər il ölkəmizdə onlarla yeni məktəb binasının tikilməsi, əsaslı təmir edilməsi, yeni və müasir avadanlıqlarla təchiz olunması təhsilin inkişafına göstərilən diqqət və qayğının əyani sübutudur. Azərbaycan bu baxımdan hazırda dünyada lider ölkələrdəndir. Heç bir ölkədə qısa müddət ərzində bu qədər məktəb tikilməyib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə hər il ölkəmizdə təhsil sahəsinin inkişafı, müasir təhsil müəssisələrinin tikintisi və təmiri, infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə atılan addımlara Heydər Əliyev Fondunun töhfələri də olduqca mühümdür. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində ölkəmizdə müasir məktəblərin və körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir.

Bunu AZƏRTAC-a açıqlamasında Bakıdakı 193 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Rahim Hüseynov söyləyib. O bildirib ki, yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən 47 məktəb binası şagirdlərin istifadəsinə verilib. Onlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəblərdir. Ümumiyyətlə 2020-ci ilin sonuna kimi nazirlik tərəfindən təmir-tikinti işləri yekunlaşdırılaraq 100-ə yaxın məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onların 60-ı modul tipli məktəblərdir. Ölkəmizdə modul tipli məktəblərin istifadəyə verilməsi və onların hər bir lazımi vəsait ilə təmin olunması, şəhər və rayon mərkəzlərindən uzaqda, kiçik yaşayış məskənlərində yaşayan uşaqlara tam şəkildə təhsil almasına imkan yaradır. Bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri gənc nəsli milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Bu sahədə həyata keçirilən layihələr Azərbaycan təhsilinin inkişafına, şagirdlərin dünya görüşünün artırılmasına, bilik və bacarıqlarının məntiqi, tənqidi və yaradıcı təfəkkürünün, müstəqil düşüncə fikrinin inkişafına yönəlib. Bu isə öz növbəsində Azərbaycan məktəbini və təhsilini dünya təhsil sisteminə inteqrasiyasına, orada olan paradiqmalara və strategiyalara uyğun aparılmasına imkan verir. 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 574 min 206 şagird təhsil alacaq. Ümumtəhsil məktəblərinin I sinfində 165 min 511, IX sinfində 132 min 734, XI-XII siniflərində isə 85 min 44 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Şagirdlərin hamısı yeni dərsliklərlə təmin olunub.

“Dünyanı bürüyən pandemiya Azərbaycandan da yan keçmədi. 2020-ci il martın 3-də COVID-19 pandemiyasının yayılması səbəbi ilə ölkədə rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələri bağlandı. Lakin bu çətinliklərin aradan qaldırılması istiqamətində reallaşdırılan layihələr, həyata keçirilən tədbirlər nəticəsində yaranan problemlər tez bir zamanda öz həllini tapdı. Belə ki, Azərbaycanın bütün pedaqoji heyəti müxtəlif texniki vasitələrdən istifadə etməklə onlayn dərslərin keçirilməsinə başladı. Ölkənin iki telekanalında teledərslərə start verildi, “Virtual məktəb” layihəsi həyata keçirildi. Ümumiyyətlə “Virtual məktəb”də yerləşdirilən yüzlərlə dərs, elektron dərsliklər, yoxlama test tapşırıqları, valideyn və müəllimlər üçün yaradılan portallar şagirdlərin təhsildən kənar düşməsinin qarşısının alınmasında əhəmiyyətli rol oynadı. Yeni tədris ili digər illərdən fərqlənir. Azərbaycanda dərslər əyani və distant formada keçirilir. Məktəbimizdə valideynlərin çox az hissəsi uşaqlarının təhsil müəssisəsindən tam şəkildə təcrid olunmasına razılıq verdi. Çünki onlar da başa düşürlər ki, şagirdləri sevimli məktəbindən, müəllimlərindən, sinif yoldaşlarından ayırmaq onların gələcək inkişafında mənfi rol oynaya bilər. Xüsusilə qeyd etmək istəyirəm ki, 6 ay ərzində məktəbdən kənar qalan, uzaqlaşan şagirdlər bu gün çox fərqlənirlər. Bu altı ay müddətində müşahidə etdikləri hadisələr, ailədə gedən söhbətlər, hamının bir-birinə olan qayğısı, uşaqları daha ciddi, işgüzar və intizamlı edib. Şagirdlərin davranışlarından məktəb üçün darıxdıqları, müəllim sözünə, dostlarının köməyinə ehtiyaclarının olması açıq-aydın hiss edilir. Biz müəllimlərin indi ən əsas işi onların məktəbə sevgisini və marağını artırmaqdır”, - deyə Rahim Hüseynov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO