ELM VƏ TƏHSİL
Tarix Muzeyində tanınmış rəssam Maral Rəhmanzadənin əsərləri qorunur
Bakı, 24 sentyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunda Xalq rəssamı, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Maral Rəhmanzadənin müxtəlif janrlarda işlədiyi rəsm əsərləri saxlanılır.
Muzeydən AZƏRTAC-a bildirilib ki, rəsm əsərlərinə “Sabunçuda neft mədəni”, “Sumqayıt çöllərində”, “İliç buxtasında neft fontanı”, “Dənizdə neft”, “Borularla buraxılmış fontan” daxildir. Bundan başqa, fondda rəssamın “Atəşpərəstlər Suraxanıda”, “Mancanaq insanı əvəz edir”, “Vətən üçün neft”, “Bakı fasiləsiz neft verir”, “Neftlə dolu tuluqlar” və “Qazma” rəsmləri də yer alıb. Əsərlər əsasən eyni ölçüdə və hər biri litoqrafiya üslubunda işlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [19:37]
Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan
- 18.04.2024 [19:08]
AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər
- 18.04.2024 [19:03]
ADPU-da türk professorun məruzəsi dinlənilib
- 18.04.2024 [18:39]
MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib
- 18.04.2024 [18:28]
“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə
- 18.04.2024 [18:22]