CƏMİYYƏT
İsmayıllı sakininin həyətyanı sahəsindən çətənə kolları götürülüb
Bakı, 25 sentyabr, AZƏRTAC
Polis əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında İsmayıllı rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı kənd sakini, əvvəllər məhkum olunmuş H.Abdurzakova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 44 çətənə kolu, yaşadığı evə baxış zamanı isə 315 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.