ELM VƏ TƏHSİL
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim olunub
Bakı, 25 sentyabr, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı sentyabrın 25-nə olan cədvələ uyğun yayımlanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda şəxsi inkişaf və karyera, ana dilində ünsiyyət, məişət soyuducu və istilik sistemlərinə xidmət üzrə mütəxəssis, kompüter operatoru-dizayner, xarici dildə ünsiyyət, bərbər, estetika və mədəni özünüifadə üzrə dərslər təqdim edilib.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.