DÜNYA
İsveçrə pandemiya ilə əlaqədar riskli regionların siyahısını genişləndirib
Bern, 26 sentyabr, AZƏRTAC
İsveçrə Federal Səhiyyə Agentliyi koronavirus pandemiyası ilə əlaqədar riskli regionların siyahısını genişləndirib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 28-dən etibarən siyahıya 15 yeni ölkə əlavə ediləcək. Agentlikdən bildirilib ki, siyahıda yer alan ölkələr üzrə səyahət xəbərdarlığı onların adalar da daxil olmaqla bütün ərazilərinə şamil edilir və səfərə çıxanlar bu məqamı nəzərə almalıdırlar. Yalnız qonşu dövlətlərlə bağlı xəbərdarlıq bütün ölkəni deyil, epidemioloji vəziyyətin gərgin olduğu regionları əhatə edir.
Gələn həftədən etibarən Portuqaliya, Böyük Britaniya, Danimarka, Belçika kimi ölkələrdən İsveçrəyə səfər edənlər 10 günlük karantin rejimində qalmalıdırlar. Eləcə də qonşu ölkələr arasında Avstriyanın Vyana, Aşağı və Yuxarı Avstriya federal əyalətləri, İtaliyanın Liquriya regionu, Fransanın üç bölgəsi istisna olmaqla bütün ölkə üzrə səyahət xəbərdarlığı elan edilib.
Kosovo və San-Marino isə siyahıdan çıxarılıb. Hazırda siyahıda 59 ölkə yer alır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]