Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Xarici İşlər Nazirliyi və Baş Prokurorluq Ermənistanın son hərbi təxribatları ilə bağlı birgə bəyanat yayıb

Xarici İşlər Nazirliyi və Baş Prokurorluq Ermənistanın son hərbi təxribatları ilə bağlı birgə bəyanat yayıb

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu Ermənistanın son hərbi təxribatları ilə bağlı birgə bəyanat yayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda deyilir: “Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.

Sentyabrın 27-29-da Ermənistanın davam edən hərbi təcavüzü çərçivəsində Azərbaycanın Tərtər, Ağdam və Cəbrayıl rayonları ilə yanaşı, Goranboy, Naftalan və Daşkəsən rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb.

Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq, 1949-cu il Cenevrə konvensiyaları və onların Əlavə protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə atəşə tutub, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədib.

Sentyabrın 29-na olan məlumata əsasən, mülki əhali arasında 10 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Həlak olanlar arasında 13 və 14 yaşlarında iki məktəbli də var.

Sentyabrın 27-si saat 18 radələrində erməni hərbi birləşmələrinin artilleriya silahlarından atdığı mərminin Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğluna məxsus fərdi yaşayış evinin həyətinə düşməsi nəticəsində həmin vaxt evdə olan 1951-ci il təvəllüdlü Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvünün həlak olması, habelə mərminin partlaması nəticəsində Elbrus Qurbanova məxsus fərdi yaşayış evinə və evin həyətindəki yardımçı tikililərə 100 min manat məbləğində ziyan dəyməsi faktına görə Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

Bundan əlavə, Ağdam rayonunun işğal olunmuş ərazilərindən cəbhənin təmas xətti boyunca Ermənistan silahlı birləşmələrinin iriçaplı silahlardan, top və minaatanlardan açdıqları intensiv atəşlər nəticəsində sentyabrın 28-də saat 07:00 radələrində Ağdam rayonunun Evoğlu kəndinin ərazisinə mərmi düşüb. Nəticədə kənd sakini, 1979-cu il təvəllüdlü Paşayev Coşqun Ənvər oğlunun baş nahiyəsindən qəlpə yarası alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi və göstərilmiş tibbi yardımlara baxmayaraq ölməsi faktına görə həmin tarixdə Ağdam Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Sentyabrın 28-də saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon məhkəməsinin inzibati binasının yanına düşən mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan polis əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb. Saat 19 radələrində Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu, 1981-ci il təvəllüdlü Əsədov Sabit Usub oğlu həlak olub, 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Həmin faktlar üzrə Tərtər Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bundan başqa, sentyabrın 28-də saat 18:40-da erməni silahlı qüvvələri təcavüzkar əməllərini davam etdirərək, mülki əhalinin yaşadığı kəndləri hədəfə almaqla milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə ümumi təhlükəli üsulla kənd sakinlərini qəsdən öldürmək məqsədilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə hücum edərək “Şamlıq” adlanan ərazini iriçaplı artilleriyadan atəşə tutub, atəş nəticəsində qeyd edilən əraziyə düşən mərmi həmin vaxt orada olan kənd sakini 2000-ci il təvəllüdlü Həziyev Hilal Murad oğlunun sifət nahiyəsinə dəyərək sonuncunun qəsdən həyatdan məhrum edilməsinə cəhd edilib.

Həmin fakt üzrə Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini eləcə də, mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Göstərilən faktlara görə başlanmış 5 cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Ermənistan tərəfinin məsuliyyət daşıdığı bu müharibə cinayətlərini qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son qoyulmasını tələb edirik.

Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı yeni təcavüzünü, azərbaycanlı mülki şəxsləri və infrastrukturu atəşə tutmasını kəskin qınamağa və Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etməyə çağırırıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH