İDMAN
Monteneqro yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Futbol üzrə Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç Latviya ilə yoldaşlıq görüşü, həmçinin Azərbaycan və Lüksemburqla UEFA Millətlər Liqasının oyunu üçün heyəti açıqlayıb.
AZƏRTAC Monteneqro Futbol İttifaqının rəsmi saytına istinadla xəbər verir ki, heyətdə qapıçılar - Daniel Petkoviç (“Anje”, Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Matiya Şarkiç (“Vulverhempton”, İngiltərə), müdafiəçilər - Stefan Saviç (“Atletiko” Madrid, İspaniya), Marko Simiç (“Liepaya”, Latviya), Jarko Tomaşeviç (“Astana”, Qazaxıstan), Adam Maruşiç (“Latsio”, İtaliya), İqor Vuyaçiç (“Partizan”, Serbiya), Momçilo Raspopoviç (“Riyeka”, Xorvatiya), yarımmüdafiəçilər - Nikola Vukçeviç (“Levante”, İspaniya), Vladimir Yovoviç (“Yablonets”, Çexiya), Aleksandar Şçekiç (“Partizan”, Serbiya), Marko Yankoviç (SPAL, İtaliya), Neboyşa Kosoviç (“Kayrat”, Qazaxıstan), Aleksandar Boljeviç (“Standard” Lyej, Belçika), Marko Bakiç ("Muskron", Belçika), Deni Hoçko (“Muskron”, Belçika), Sead Hakşabanoviç (“Norrçöpinq”, İsveç), Vukan Saviçeviç (“Samsunspor”, Türkiyə), hücumçular - Fatos Beçiray (“Visla” Krakov, Polşa), Stevan Yovetiç (“Monako”, Fransa), Stefan Muqoşa (“İnkon Yunayted”, Cənubi Koreya) və Dino İslamoviç (“Rusenborq, Norveç) yer alıblar.
Qeyd edək ki, Monteneqro yığması hər 3 oyunu öz meydanında keçirəcək. Latviya ilə qarşılaşma oktyabrın 7-də, Azərbaycanla matç oktyabrın 10-da, Lüksemburqla görüş isə oktyabrın 13-də olacaq.