DÜNYA
Son sutka ərzində İranda koronavirusdan 207 nəfər həyatını itirib
Tehran, 29 sentyabr, AZƏRTAC
Son sutka ərzində İranda 3 min 677 nəfər koronavirusa yoluxub, 207 nəfər isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib.
Bununla da İranda virusa yoluxanların ümumi sayı 453 min 637, yoluxaraq ölənlərin sayı isə 25 min 986-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 4 min 79 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 378 min 727 nəfər isə sağalaraq evə buraxılıb.
İran rəsmiləri bildirirlər ki, iqtisadi sanksiyalar koronavirusla mübarizəyə maneə törədir. Sanksiyalar ölkəyə dərman preparatlarının və digər lazımi tibbi avadanlıqların alınmasına imkan vermir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]