TARİXDƏ BU GÜN


15 AVQUST

A+ A

 

1992-ci il. Azərbaycanın milli pul vahidi manat dövriyyəyə buraxılıb. 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat = 10 rubl nisbətində rublla paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə edilib. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb. 2006-cı il yanvarın 1-dən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN birgə 1 il ərzində dövriyyədə olub və yalnız 2007-ci il yanvarın 1-dən yeni manata tam keçid təmin edilib.

 

1498-ci il. Xristofor Kolumb üçüncü səyahəti zamanı Qrenadanı kəşf edib.

1769-cı il. Fransa imperatoru, böyük sərkərdə Napaleon Bonapart anadan olub. Napoleonun 1805-ci ildə Avstriya, 1806-cı ildə Prussiya, 1807-ci ildə Polşa üzərindəki parlaq qələbələri Fransanı Avropanın demək olar ki, hegemon dövlətinə çevirib. Lakin dəniz rəqabətində Böyük Britaniyaya uduzması, 1812-ci ildə Rusiyaya məğlub olması onun qurduğu Fransa imperiyasının süqutunu tezləşdirib.

Fransa əleyhinə müttəfiqlər Parisdə Napoleonu taxtdan əl çəkməyə məcbur edib və Elbaya sürgünə yollayıblar. Lakin Napoleon öz xarizmasının gücü hesabına 1815-ci ildə yenidən hakimiyyətə qayıdıb. 1815-ci il iyunun 22-də baş verən Vaterlo döyüşündə məğlub olduqdan sonra o, ikinci dəfə hakimiyyətdən əl çəkməli olub. İngilislər onu dustaq kimi Müqəddəs Yelena adasına sürgün ediblər. Görkəmli sərkərdə burada 1821-ci il mayın 5-də vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
10.12.2016 [09:00]
09.12.2016 [09:00]
08.12.2016 [09:00]
07.12.2016 [09:00]