TARİXDƏ BU GÜN


15 İYUL

A+ A

1982-ci il. Parisdə "Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" Konvensiya imzalanıb. 2002-ci il aprelin 2-də Azərbaycanın həmin Konvensiyaya qoşulması barədə Qanun qəbul edilib.

1778-ci il. Milanda məşhur La Scala opera teatrı açılıb. Milanın Della Skala meydanında Santa Maria della Skala kilsəsinin yerində tikildiyinə görə La Skala adlandırılan teatr memar Cüzeppe Piyermarininin layihəsi əsasında 23 ay müddətində tikilib. Bina yeni barokko üslubunda inşa edilib və 1778-ci il avqustun 3-də Antonio Saliyerinin “L’Europa riconosciuta” operasının premyerası ilə açılıb. Azərbaycanın tanınmış müğənnisi, dünya şöhrətli sənətkar Müslüm Maqomayev ifaçılıq sənətini təkmilləşdirmək məqsədilə 1964-65-ci illərdə La Skala teatrında təcrübə keçib. Gənc vokalçı Azər Rzazadə dünyanın məşhur “La Scala” Vokal Akademiyasına qəbul olunan ilk azərbaycanlıdır. 

1783-cü il. Lion yaxınlığındakı Sona çayında fransız mühəndis Klod Fransua Dorot de Joffrua tərəfindən tarixdə ilk buxar gəmisi suya buraxılıb. 182 tonluq gəmini vahid silindrli horizontal buxar mühərriki hərəkə gətirirdi. Suyun əks istiqamətinə hərəkət edən gəmi 365 metrlik məsafə qət etdikdən sonra sahilə yan almağa məcbur olub.

1976 –cı il. "Apple Computer" şirkəti Stiv Cobs və Stiv Vozniak tərəfindən qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
11.12.2016 [09:00]
10.12.2016 [09:00]
09.12.2016 [09:00]
08.12.2016 [09:00]