ELM VƏ TƏHSİL


15 iyun - Milli Qurtuluş Günü tariximizin unudulmaz səhifəsidir

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı 15 iyun - Milli Qurtuluş Gününün tariximizin unudulmaz səhifəsi olduğunu vurğulayıb.

Rektor 1988-1992-ci illərdə ölkəmizin parçalanmaq təhlükəsi ilə üzləşdiyini xatırladıb və qeyd edib ki, 1993-cü ilin iyununda xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamız parçalanmaq təhlükəsindən xilas olub.

M.Babanlı Heydər Əliyev ideyalarının əhəmiyyətini diqqətə çatdırıb, Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib, respublikamızda qazanılan nailiyyətlərdən danışıb.

Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Aydın Mirzəzadə və digər çıxış edənlər də Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs ediblər.

Tədbirdə bir qrup müəllim və tələbə Yeni Azərbaycan Partiyasına üzv qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.