ELM VƏ TƏHSİL


15 iyun xalqımızın taleyində dönüş nöqtəsinə çevrilən tarixi gündür

Bakı, 13 iyun, AZƏRTAC

Qarabağ Regional Bilik Evinin təşkilatçılığı ilə Tərtər rayon 2 nömrəli məktəb-liseydə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərova Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib, onlara müstəqil ölkəmizin çiçəklənməsi naminə müvəffəqiyyətlər arzulayıb.

Qarabağ Regional Bilik Evinin mütəxəssisi İradə Əkbərli əlamətdar günün tarixi əhəmiyyətindən, 1991-1993-cü illərdə ölkədəki siyasi proseslərdən, o dövrdə torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından danışıb.

Qeyd edilib ki, Vətənin ağır dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkəmiz məhv olmaqdan, parçalanmaqdan xilas olub. 1993-cü il iyunun 15-də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. 15 iyun xalqımızın taleyində dönüş nöqtəsinə çevrilən tarixi gündür.

Sonra 2 nömrəli məktəb-liseyin tarix müəllimləri Aybəniz Mustafayeva, Səbinə Zeynallı, məktəbin X sinif şagirdi Ülviyyə İsmayıllı o dövrün siyasi-tarixi mənzərəsi barədə məlumat veriblər.

Məktəblilər Azərbaycana, ümummilli lider Heydər Əliyevə həsr olunan şeirlər söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.