REGİONLAR
Cəlilabadda indiyədək 197 ton pambıq yığılıb
Cəlilabad, 1 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunun pambıq tarlalarında məhsul yığımı kampaniyası davam edir. İndiyədək sahələrdən 197 ton “ağ qızıl” yığılıb. Pambığın hər hektarından götürülən məhsuldarlıq 28-30 sentner təşkil edir.
Bu barədə Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, rayonda pambıq yığımı kampaniyasını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün sahələrə kifayət qədər kombayn və canlı qüvvə cəlb edilib.
Qeyd edək ki, Cəlilabadda ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq 2016-cı ildə yenidən bərpa olunub. İlkin mərhələdə rayonda 500 hektarda pambıq əkilib.
Ötən il rayonda pambıq əkini sahəsi genişləndirilərək 1507 hektara çatdırılıb. Pambıq tarlalarından 1259 ton məhsul yığılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]