CƏMİYYƏT
Göygöl rayonunda quldurluq edən şəxs məsuliyyətə cəlb edilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Göygöl rayonunda quldurluq edən Gəncə sakini saxlanılaraq məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da saat 5 radələrində Qızılqaya qəsəbəsində yaşayan F.Əliyevin evinə girərək ona və həyat yoldaşına bıçaqla xəsarət yetirib 600 manat məbləğində pulunu və mobil telefonu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunan A.Səmədov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.