MƏDƏNİYYƏT
Kitabxana “Qarabağ mədəniyyətimizin beşiyi” adlı layihəyə qoşulub
Bakı, 22 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Qarabağ mədəniyyətimizin beşiyi” adlı layihəyə qoşularaq mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Azərbaycan və rus dillərində hazırlanan məlumatları və videoçarxları təqdim edəcək.
İdarədən AZƏRTAC-a bildirilib ki, təbliğat materialları kitabxananın “Facebook”, “Instagram”, “Twitter” səhifələrində və “YouTube” kanalında yayımlanacaq.
İlk olaraq Ağdam Cümə məscidi haqqında videoçarxlar nümayiş olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:16]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [21:52]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]