Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Xarici medianın təfərrüatlarında itən Azərbaycan həqiqətləri

Xarici medianın təfərrüatlarında itən Azərbaycan həqiqətləri

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-dən bəri Azərbaycanın Qarabağ uğrunda ədalətli mübarizəsinin hərbi mərhələsinin beynəlxalq mediada işıqlandlrılması hər bir azərbaycanlının ciddi qınağı və tənqidinə səbəb olub. Uzun illər diplomatik cəbhədə faktlara və beynəlxalq hüquqa əsaslanaraq əldə etdiyimiz üstünlük bugünkü hərbi əməliyyatlarımıza arxa durur. Lakin beynəlxalq medianın məsələni işıqlandırmasında onların heç biri nəzərə dəymir. Üstəlik də döyüş meydanında düşmənin heç bir konvensiya və humanizmə sığmayan cinayətlərinə sanki əhəmiyyətsiz bir təfərrüat kimi yanaşılır.

Nədir bunun səbəbləri? Niyə bizim beynəlxalq qanunla tanınan hüquqlarımızdan danışılmır, işğal öz adı ilə təsvir edilmir, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün məsələsi qabartılmır? Bu suallara cavab qısa “çünki ermənipərəstdilər” ifadəsindən daha mürəkkəbdir. Biz, media istifadəçiləri olaraq, media barədə bir həqiqət carçısı kimi düşünməyə meyilliyik. Bu səbəbdən, gözləntilərimiz bir çox hallarda idealistikdir. Buna əsasımız da var. Demokratik cəmiyyətdə medianın missiyası ictimaiyyəti vaxtlı-vaxtında, doğru, hərtərəfli və obyektiv şəkildə məlumatlandırmaqla düzgün ictimai qərarların çıxarılmasına səbəb olmaq və hakimiyyətə ictimaiyyətin siyasi seçim üstünlükləri barədə siqnal verməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ADA Universitetinin media üzrə müəllimi Şəfəq Mehrəliyeva bildirib.

Ş.Mehrəliyeva qeyd edib ki, jurnalistikada aliliyə qiymət kimi verilən “Pulitzer” mükafatının adını götürdüyü amerikan naşiri və konqresmeni Cozef Pulitzer deyirdi: “Jurnalist dövlət adlanan gəminin göyərtəsində gözətçidir. O, dumanlı və tufanlı havada irəliyə diqqətlə baxıb təhlükələri görür və onlar barədə xəbər verir. O, ona etimad göstərən ictimaiyyətin təhlükəsizliyi və maraqlarını qoruyur”.

Lakin bu ideoloji təsəvvürə baxmayaraq, medianın bu gün istifadə etdiyi iş üslubu hələ XIX əsrdən bəri, kiçik qəzetlər alıcı auditoriyası arxasınca düşdüyü zamandan bəri bərqərar olunub. Vəkil, psixiatr və digər peşə sahibləri kimi, müasir jurnalistlər etimadlı imic üçün işlədikləri məsələlərdə neytrallıq nümayiş etdirməyi şərt kimi görürlər. Bunun səbəbləri isə ilk baxışdan göründüyü kimi məsum deyil. Amerikan media tənqidçisi Con Katz belə izah edirdi: “Şəxsi qərəzliyin büruzə verilməməsi mənəvi prinsip kimi deyil, marketinq fəndi kimi yaranmışdır. 1880-ci illərin ortasından başlayaraq naşirlər ictimai rəy yaradan jurnalistlər olmaqdan uzaqlaşdılar. Onun əvəzinə biznesmenlərə çevrilərək məhsullarını mümkün qədər geniş oxucu kütləsinə çatdırmağa çalışdılar. Status- kvonun saxlanılması naşirlərə sərf edir”.

Demək, KİV-lər hələ azsaylı səhifəli qəzetlər olandan bəri media bir iqtisadi qurumdur. Onlar fəaliyyətdə olmaq üçün gəlir əldə etməlidilər və əgər XX əsrin əsas hissəsini əhatə edən “soyuq müharibə”yə görə “dəmir pərdə”nin bu tərəfindəki ölkələrin mediası bir təbliğat aləti kimi maliyyələşdirilirdisə, qərb mediasının azad cəmiyyətlərdə istifadə etdiyi neytral dil bazarı daraltmamaq məqsədi güdürdü. Axı, siz məsələlərdə tərəf tutsanız - bu, hətta həqiqəti əks etdirən tərəf ola bilər- sizin digər tərəfdəki, “müştərilər” narazı qalar və nəticə etibarilə istifadəçi sayı azalar. Peşəkar qərb jurnalistikasının gündəlik fəaliyyət üslubu müəyyən mənada bu faktorun təsiri altındadır. Məsələn, Böyük Vətən müharibəsi adlandırdığımız mərhələ başlayan ilk günlərdə xarici medianı izləyərkən, mülki əhalinin hədəfə alınması mövzusunu işıqlandıran xarici medianın həm Gəncədəki terror hadisələrini, həm də Xankəndidə erməni mülki əhalisinin zirzəmilərdə gizlənməsini tərəziyə qoyub bərabərləşdirirdilər. Onların formalaşdırmaq istədikləri rəy bu idi ki, müharibə pisdir, hər iki tərəfdən dinc mülki əhalinin itkisinə gətirib çıxarır. Buna görə Azərbaycan tərəfi hərbi əməliyyatları dərhal dayandırmalıdır. Halbuki burada təfərrüatların açıqlanması oxucu və izləyicidə tamam başqa bir rəy yarada bilərdi. Gəncədəki mülki əhali döyüş zonasından kənarda yerləşən şəhərdə, gecə yarısı yatan yerdə, xarici dövlətin ərazisindən onu xüsusi hədəfləyən ağır artilleriya ilə qətlə yetirilib. Bu, müharibə cinayəti idi. Digər bir misal - illərlə materiallarında Dağlıq Qarabağı başlıqlarda “mübahisəli” ərazi adlandıran qərb mediası, bölgənin Azərbaycanın suveren ərazisi kimi tanıyan beynəlxalq hüquq sənədlərinə istinaddan boyun qaçırır. Təfərrüatlar obyektivliyi bərqərar edən yeganə amildir. Media nəzəriyyələri isə bizə açıqlayır ki, təfərrüatları selektiv şəkildə xəbərlərə daxil etməklə KİV öz auditoriyasına reallığı deyil, qurma reallığı təqdim edir.

Zəmanəsinin ən nüfuzlu qəzeti hesab edilən “New York Tribune”un təsisçisi Horeys Qrili 1841-ci ildə görmək istədiyi jurnalist yanaşmasını “itaətkar tərəfkeşlikdən və simasız neytrallıqdan eyni məsafədə duran” kimi təsvir edib. O, hesab edirdi ki, mövqeyini tamamilə nümayiş etdirməyən jurnalist dəyələri olmayan cəsarətsiz qorxağa dönür. Lakin araşdırmalar onu da göstərir ki, jurnalistika sahəsinin ənənəvi mədəni dəyərlərinə əsaslanmaq medianı neytrallıqdan subyektivliyə sürükləyə bilər. 1970-ci illərdə CBS, NBC, “Newsweek” və “Time media” təşkilatlarında xəbər şöbələrini tədqiq edən sosioloq Herbet Qans bu nəticəyə gəlib ki, əksər reportyor və redaktorlar işlərinə bəzi ümumi dəyərləri tətbiq edirlər. Onlardan nəzərə çarpanı “individualizm” və “kiçik şəhər məsumluğu”dur. Yəni, jurnalistlər məsələlərə baxışda qeyri-ixtiyari kiçik qrupların hüquqlarını böyük dövlətlər və təsisatların maraqlarından üstün tutur. Bunun kökləri isə reportyorluq peşəsinin özünün romantikasına bağlıdır- qələmin qılıncdan üstün olduğuna inanan yazarlar peşələrindən ədalətsizliklə mübarizədə silah kimi istifadə etməyə meyillidilər. Burada auditoriyanın da babalı var. Kütlə mürəkkəb məsələləri individual hekayələrlə təqdim edildikdə daha yaxşı anlayır. Lakin məsələləri artan sayda yalnız individual hekayələr şəklində işıqlandırmaq mürəkkəb olanı səthiyə çevirir və subyektiv nəticələrə gətirib çıxarır.

Yuxarıda qeyd edilən tarixi amillərin mövcudluğu və təsiri məzmun formalaşmasına səbəb olsa da, xarici medianın işində faktların başlıca yer tutması danılmazdır. Bu mənada, Vətən müharibəsi günlərində Azərbaycan Prezidenti İlham Əliyevin iyirmidən çox nüfuzlu beynəlxalq KİV-ə müsahibə verməsi öz nəticələrini göstərir. Müzəffər Ali Baş Komandanın hər jurnalistlə, bəzən qərəzli suallara baxmayaraq belə, obyektiv, dəqiq, hərtərəfli və əsaslı cavablarla bölüşməsi Azərbaycanın son günlər öz hüquqlarının bərpası uğrunda başladığı mübarizənin həqiqi simasını beynəlxalq auditoriyaya çatdırmağa başlayıb.

Artıq beynəlxalq medianın “güzgü”sündə əks edilən Azərbaycanın köklü şəkildə dəyişdiyi “de fakto” vəziyyətdir. Prezident İlham Əliyevin ön sırada durduğu bu informasiya müharibəsində bütün dünya azərbaycanlıları yumruq kimi birləşiblər. İnformasiya texnologiyalarının və sosial media platformalarının açdığı imkanlardan bu günlərdə “vətəndaş jurnalistika”mız artan fəallıqla istifadə edir. Əgər peşəkar jurnalistika təfərrüatlarda selektivdirsə, həqiqətin tam versiyasını dünyaya azərbaycanlılar özləri çatdırır.

#Karabakhisazerbaijan, #stoparmenianaggresion, #prayforganja kimi həştəqlər altında gündəlik operativ məlumatlar milyonlarla beynəlxalq izləyiciyə birbaşa çatır. Lakin bu qeyri-ənənəvi jurnalistika imkanlarından bizim istifadə etdiyimiz qədər, erməni və ermənipərəst mənbələr də yararlanır. Ona görə də vətəndaş jurnalistikamızı daha səmərəli qurmaq üçün azərbaycanlılar Azərbaycan rəsmi mənbələrini mütləq izləməlidirlər. Axı, həqiqəti yaymaq üçün, ilk növbədə ondan əmin olmaq lazımdır. Xəbər mənbələri bu günlərdə diqqətlə seçilməli, mümkün qədər birinci mənbələrdən, o cümlədən Azərbaycan Müdafiə Nazirliyinin gündəlik yayımları, Müzəffər Ali Baş Komandanın xalqa müraciətləri, onun köməkçisi Hikmət Hacıyevin mütəmadi brifinqlərini və ya elə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) kimi peşəkar media təşkilatlarının onlayn və sosial media səhifələri izlənilməlidir.

Xatırlayıram ki, hələ 2000-ci illərin əvvəllərində, Amerikada jurnalist kimi çalışarkən, erməni icmasının kiçik qəzetində Osmanlı imperiyasında 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi təsvir edən məqaləyə rast gəlmişdim. Məqalə təəccüb doğurmasa da, heyrət yaradan o idi ki, yazıda istifadə olunan şəkillərdə 1915-ci ilin erməni qurbanları kimi Xocalı qətliamının körpə azərbaycanlı qurbanları göstərilirdi. Amerikadakı azərbaycanlı icması və xüsusilə də, Azərbaycandan köçən etnik yəhudi icmasının qəzəbi və etirazı qəzeti düzəliş etməyə məcbur edib. Belə qeyri-etik yanaşma erməni təbliğatının qaydasına çevrilib. Bu gün də internet aləmini montaj edilmiş, hərdən isə Ermənistan-Azərbaycan münaqişəsinə ümumiyyətlə aidiyyəti olmayan şəkil və görüntülər yaymaqla erməni təbliğat maşını beynəlxalq rəyi çaşdırmağa çalışır. Məsələn, elə Gəncədə erməni terrorunun qurbanlarının şəkilləri və hadisələrin görüntüləri, guya ki, Xankəndidə Azərbaycan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə hədəflənən erməni qurbanları kimi beynəlxalq mediaya belə yol tapır. Bu təxribatları dərhal sezib aradan qaldırmaq üçün vətəndaşlarımız nəyin həqiqət, nəyin yalan olduğunu dəqiq bilməli, daha sonra isə, şübhəsiz, emosiyadan kənar, aydın cavablarla onlayn təxribatlara cavab verməlidilər.

Azərbaycan həqiqətləri xarici medianın təfərrüatlarında itirsə, bu təfərrüatları biz gözləmədən və ummadan təmin etməliyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar