DÜNYA
Baş Nazir: Gürcüstanda qazlaşdırma ilə bağlı dövlət proqramının müddəti uzadılıb
Tbilisi, 27 oktyabr, AZƏRTAC
Gürcüstan hökuməti ölkənin bütün ərazisinin qazlaşdırılması ilə bağlı dövlət proqramının müddətini 2024-cü ilə qədər uzadılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Giorgi Qaxariya deyib. Hökumət başçısı deyib ki, 2019-cu ildən üçillik proqramın icrasına başlanılıb. Bu proqram çərçivəsində 384 kəndin təbii qazla təminatı başa çatdırılmalıdır. Lakin bu yetərli deyil. 2021-2024-ci illər üzrə proqram çərçivəsində əlavə olaraq daha 211 kənd və təxminən 33 min ailənin təbii qazla təmin olunması nəzərdə tutulur. Bu isə Gürcüstanda qazlaşdırma səviyyəsinin 90 faizə çatdırılması deməkdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi