Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin iclasında Xocavənd rayonunun Vəng kəndinin Çinarlı adlandırılması təsdiqlənib YENİLƏNİB

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli aparıb. Birinci vitse-spiker bildirib ki, oktyabrın 26-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına növbəti müraciət edib. Bu müraciət xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Müraciətdə dövlətimizin başçısı, eyni zamanda, Dağlıq Qarabağın böyük yaşayış massivlərindən biri olan Qubadlı şəhərinin işğaldan azad edildiyini bəyan edib. Əli Hüseynli bu münasibətlə Milli Məclisin adından xalqımızı təbrik edib.

Parlamentin Sədrinin birinci müavini bildirib ki, bu dövr ərzində deputatlar baş verən hadisələrlə bağlı həqiqətləri və dövlətimizin mövqeyini həm mediada, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlarda aydın şəkildə geniş ictimaiyyətə çatdırıblar. Qeyd edilib ki, komitə sədrlərinin iclaslarında Milli Məclisin Sədri Sahibə Qafarova deputatların bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib, təşəkkürünü ifadə edib.

Sonra Əli Hüseynli gündəliyə 8 məsələnin daxil edildiyini diqqətə çatdırıb.

Gündəliyə münasibət bildirildikdən sonra deputatlar cari məsələlər barədə fikirlərini bölüşüblər.

Komitə sədrləri Zahid Oruc, Hicran Hüseynova, deputatlar Fazil Mustafa, Soltan Məmmədov, Aqiyə Naxçıvanlı, Müşfiq Cəfərov, Kamilə Əliyeva, Fəzail Ağamalı, Kamal Cəfərov, Anar İsgəndərov, Azay Quliyev çıxışlarında bildiriblər ki, bu gün Azərbaycan cəmiyyətində əsas məsələ birlik modelinin inkişaf etdirilməsidir. Bunun əsas memarı isə Prezident İlham Əliyevdir. Onun hər bir çıxışı Azərbaycan cəmiyyətinin daha mobil şəkildə müharibəyə səfərbər olmasına, torpaqların işğaldan azad edilməsinə yönəlib. Qeyd edilib ki, bu hərəkatda parlament də öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.

Diqqətə çatdırılıb ki, bu gün xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyü, suverenliyi, haqq-ədalət uğrunda təkbaşına mübarizə aparır. İşğalçı Ermənistan isə beynəlxalq qurumlar və müxtəlif maraqlı dairələr tərəfindən istər maddi, istərsə də silah-sursatla cəhətdən dəstəklənir.

Çıxışlarda ATƏT-in Minsk qrupunun heç bir nəticə verməyən fəaliyyətinə də münasibət bildirilib. Qrupun həmsədri olan Fransanın bu məsələdə mövqeyi, o cümlədən fransalı parlamentarilərin Ermənistana səfərləri təəssüflə qeyd olunub və pislənilib. Bildirilib ki, bu gün Azərbaycan, eyni zamanda, siyasi və diplomatik müstəvilərdə mübarizə aparır. Ölkə Prezidentinin xalqa müraciətləri, qətiyyətli çıxışları, Azərbaycan əsgərinin ərazi bütövlüyümüzün bərpası uğrunda qəhrəmancasına mübarizəsi buna parlaq misaldır.

Sonra gündəliyə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb.

“Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə əvvəlcə Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Qeyd edilib ki, Ermənistan torpaqlarımızı işğal etməklə, xalqımıza qarşı soyqırımı törətməklə yanaşı, yerli toponimləri də dəyişdirməklə çoxsaylı cinayətlər törədib. Ermənistan tərəfindən Qərbi Azərbaycan və Dağlıq Qarabağ ərazisində 700-dən çox rayon, şəhər, qəsəbə və kəndin, həmçinin bir çox tarixi və mədəni abidələrin adları dəyişdirilib. Hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası istiqamətində əməliyyatlar davam edir. Bu əməliyyatlar nəticəsində azad edilmiş torpaqlarda yaşayış məntəqələrinin tarixi adlarının qaytarılması sahəsində zəruri işlər həyata keçirilir. Yer adlarımızla bağlı erməni saxtakarlığı aradan qaldırılır. Bu məsələ böyük siyasi, hüquqi və mənəvi əhəmiyyət daşıyır.

Komitə sədri diqqətə çatdırıb ki, coğrafi şəraitinə görə Qarabağın, o cümlədən Xocavənd rayonunun ərazisində Çinar ağacları geniş yayılıb. Bu baxımdan Xocavənd rayonunun Vəng kəndinin adının dəyişdirilərək Çinarlı qoyulması məntiqlidir. Buna uyğun olaraq, Prezident İlham Əliyev tərəfindən təqdim edilən layihədə Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbəsi inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndinin Çinarlı adlandırılması təklif olunur. Bildirilib ki, məsələyə Toponimiya komissiyasında da baxılıb və müsbət dəyərləndirilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim edib.

Bildirilib ki, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar. Qanuna ediləcək dəyişiklikdən əvvəl vətəndaş könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə 1 il 6 ay xidmətdən sonra həmin xidmətdən tərxis ola bilirdi. Təklif olunan dəyişikliyə əsasən, həmin şəxslər qiymətləndirmə yolu ilə birbaşa kadr zabit heyətinə keçirilirlər və yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etdikdən sonra ehtiyata buraxıla bilərlər. Qeyd edilib ki, layihəyə birinci və ikinci oxunuşlarda heç bir əlavə və təklif olmayıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi barədə ikinci oxunuşda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev danışıb. Diqqətə çatdırılıb ki, qanunun müvafiq maddələrinə “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eyni zamanda, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bu dəyişiklik nəticəsində ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndirilərək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.

Qeyd edilib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə növbəti pillələrdə davam etdirmək imkanları yaranacaq.

Deputatlar Rauf Əliyev, İltizam Yusifov, Etibar Əliyev, Sabir Rüstəmxanlı, Aqiyə Naxçıvanlı dəyişikliklərin əhəmiyyəti barədə fikirlərini söyləyiblər.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda təsdiq edilib.

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də ikinci oxunuşda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev təqdim edib. Bildirilib ki, qanun layihəsi “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır. Dəyişikliyə görə, əsas anlayışların mənaları göstərilən maddədə “kvalifikasiya” anlayışında dəqiqləşdirmə aparılıb. Yeni varianta əsasən, şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsinə kvalifikasiya deyilir.

Deputat Afət Həsənova çıxış edərək qanun layihəsinin təhsillə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə xidmət etdiyini söyləyib. Peşə təhsili sistemində bir sıra məsələlərə toxunub.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev tərəfindən təqdim edilib.

Bildirilib ki, layihə “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanununun icrası məqsədilə hazırlanıb. Belə ki, Mülki Məcəlləyə əsasən, girov və ipoteka eyni hüquqi yükə malik olmaqla, hər ikisi əşya hüquqlarının məhdudlaşdırılmasının formalarıdır. Lakin daşınar əşyalara münasibətdə girov, daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə isə ipoteka terminindən istifadə edilir. Bu məqsədlə Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda “girov” sözünün “ipoteka” sözü ilə əvəz edilməsi təklif olunur.

Qeyd edilib ki, Mülki Məcəllənin 135.4-cü maddəsinə uyğun olaraq Torpaq Məcəlləsinin 4-cü maddəsinin 4-cü hissəsi yeni redaksiyada verilir. Təklifə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr hər biri daşınmaz əmlak olduğundan Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində müvafiq dəyişiklik edilib.

“Torpaq bazarı haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, ipoteka qoyulmuş torpaqların bazara çıxarılmasının xüsusiyyətləri “İpoteka haqqında” Qanuna uyğun olaraq tənzimlənəcək. “İpoteka haqqında” Qanunda ipotekaya qoyulmuş daşınmaz əmlakın satışının qaydaları daha əhatəli tənzimləndiyinə görə hər iki qanun arasında uzlaşdırma aparılıb.

Mülki Məcəllənin 135.4-cü maddəsinə uyğun olaraq “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda da terminologiyanın eyniləşdirilməsi ilə bağlı müvafiq dəyişikliklər təklif olunur. Deputat Sabir Rüstəmxanlı sənədə münasibət bildirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Bildirilib ki, birinci oxunuşda təqdim olunan layihə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Sənədə əsasən, Əmək Məcəlləsinə işçinin hüquqları və işəgötürənin vəzifələri sırasına işçilərin icbari tibbi sığortası ilə bağlı məsələlərin daxil edilməsi nəzərdə tutulub. Dəyişikliyə görə, əmək müqaviləsində, həmçinin işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar əks olunmalıdır.

Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin maliyyələşdirilməsi “Tibbi sığorta haqqında” Qanunun tələblərinə uyğunlaşdırılır.

Qanun layihəsi birinci oxunuşda təsdiq olunub.

İclasda “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib.

Diqqətə çatdırılıb bu qanun layihəsi də “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb.

Bildirilib ki, tibbi sığortaya keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına göstəriləcək. Hazırda vətəndaş üçün pulsuz tibbi yardım kimi görünsə də, həmin yardımın dəyəri tibb müəssisəsinə dövlət büdcəsi hesabına ödənilir. Tibbi sığortanın tətbiqi isə tibb müəssisələrinin və tibbi yardımın maliyyələşdirilməsinin qaydasını da dəyişmiş olur.

Qeyd edilib ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən hərbi qulluqçulara tibbi yardımın (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) mülki tibb müəssisələrində icbari tibbi sığorta vəsaitləri hesabına, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə dövlət büdcəsi hesabına göstərilməsi təsbit edilir.

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna edilən dəyişikliyə əsasən, dövlət tibb müəssisələrində tibbi xidmətin maliyyə mənbələri, eləcə də ayrı-ayrı əhali qruplarının dövlət tibb müəssisələrində tibbi yardım almasının maliyyə əsasları “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq dəqiqləşdirilir.

Nəzərə çatdırılıb ki, özəl tibb müəssisələrinin tibbi sığorta sisteminə qoşulmasından asılı olmayaraq, vətəndaşlara təcili tibbi yardımın göstərilməsi üçün bu xidmətlərin haqqı müəyyən olunmuş tariflərlə icbari tibbi sığorta vəsaitləri hesabına onlara ödəniləcək. Bu da əhaliyə təcili tibbi yardımın istənilən tibb müəssisəsində göstərilməsi imkanını artıracaq.

Sənəddə adları çəkilən digər qanunlarda uyğunlaşdırma, terminologiyanın dəqiqləşdirilməsi məqsədilə dəyişikliklər təklif olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş) barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Diqqətə çatdırılıb ki, “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə maliyyə xidmətləri bazarında, o cümlədən sığorta bazarında tənzimləmə və nəzarət səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib. Buna uyğun olaraq, “Tibbi sığorta haqqında” qanunun 7.2-ci maddəsinə müvafiq dəyişiklik edilib. Dəyişikliyə əsasən, sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini Azərbaycan Respublikasının Mərkəzi Bankı, sığortaçılar, həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklər müdafiə edir.

Qanuna təklif olunan digər dəyişiklik bəzi maddələrdə “səhiyyə xidməti” sözlərinin “tibbi-sanitariya yardımı” ifadəsi ilə əvəz edilməsi ilə əlaqədar. Dəyişiklik “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq edilib.

Qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək