CƏMİYYƏT
ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası zamanı Gəncə terroruna etiraz edilib
Bakı, 27 oktyabr, AZƏRTAC
ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyası çərçivəsində Pensilvaniya ştatının Allentoun şəhərində seçicilərlə görüşü zamanı bu ölkədə yaşayan bir qrup soydaşımız diqqəti işğalçı Ermənistan ordusunun Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində törətdiyi terror aktlarına yönəldib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Elcan Yerdələnlinin təşəbbüsü ilə tədbirə toplaşan azərbaycanlılar Ermənistanın işğalçı siyasətinə etiraz edib, diqqəti Azərbaycanın mülki əhalisinin atəşə tutulmasına, günahsız körpələrin öldürülməsinə yönəltmək məqsədilə haqq səslərini ucaldıblar. Soydaşlarımız meydana plakatlar gətirib və Azərbaycanın üçrəngli bayrağını dalğalandırıblar.