Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb

Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb

Bakı, 28 oktyabr, AZƏRTAC

BMT-nin dəstəyi ilə yaradılmış və dünyanın 140 dövlətini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti kimi Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov təşkilatın üzvlərinin işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatlar və müharibə cinayətləri barədə məlumatlandırılması məqsədilə Assosiasiyanın prezidenti, Qətərin Baş Prokuroru Dr.Ali Al Marriyə müraciət ünvanlayıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Ermənistanın hərbi təcavüzü nəticəsində əzəli tarixi torpağımız Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğal olunduğu, Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qalaraq bir milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi qeyd edilib.

Bildirilib ki, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həllini müxtəlif bəhanələrlə uzadan, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasına məhəl qoymayan Ermənistan ona sərf edən status-kvonu davam etdirərək 30 ildir torpaqlarımızı işğal altında saxlayır. Ermənilər bu ərazilərin zəngin təbii ehtiyatlarını istismar edərək qeyri-qanuni iqtisadi fəaliyyət göstərir, qanunsuz məskunlaşdırma həyata keçirir, tarixi, mədəni və dini abidələrimizi məhv edir, məscidlərimizdə heyvanlar, xüsusilə müsəlmanların hisslərinə toxunan donuz saxlayırlar.

Bütün bunlarla beynəlxalq hüquq normalarını, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozan Ermənistanın yeni rəhbərliyinin açıq işğalçılığa hesablanan şüarlarla çıxışlar etməsi qeyd olunub, düşmənin hərbi təxribatlarını intensivləşdirdiyi bildirilib.

Müraciətdə bu məsələlərin BMT-nin Baş Assambleyasının 75-ci Sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dəqiq faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı vurğulanıb.

Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-dən Ermənistan silahlı birləşmələrinin yaşayış məntəqələrimizə və dinc əhaliyə qarşı başladığı hərbi təxribatlara cavab olaraq ölkəmiz BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə özünümüdafiə hüququna əsaslanmaqla işğalçını sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatları həyata keçirir.

Doğma torpaqları uğrunda və yalnız öz ərazisində heç bir kənar dəstək olmadan öz gücü ilə vuruşan ordumuzun uğurlu əks-hücumunu görən Ermənistan tərəfinin qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından, xüsusilə beynəlxalq hüquq normalarına əsasən istifadə olunması qadağan edilmiş kaset bombaları ilə hərbi əməliyyatlar aparılan yerdən onlarca, yüzlərlə kilometr aralıda yerləşən, insanların sıx məskunlaşdığı Gəncə, digər dinc şəhər və rayonlarımızı, o cümlədən oktyabrın 28-də Bərdəni dəfələrlə atəşə tutduğu, nəticədə 21 nəfərin həlak olduğu, 70 nəfərin isə yaralandığı diqqətə çatdırılıb. Ümumilikdə, bu günədək təkcə hərbçilərimiz deyil, eyni zamanda, qadın, uşaq və ahıllar olmaqla, 94 dinc sakinin həlak olduğu, 380-dən çox mülki şəxsin yaralandığı, 2700-dən artıq yaşayış binasının və mülki obyektin dağıdıldığı və ya ciddi ziyan gördüyü qeyd olunub.

Razılaşdırılmış humanitar atəşkəs rejiminə dəfələrlə məhəl qoymayan Ermənistanın qeyri-insani siyasətindən əl çəkmədiyi, dinc əhaliyə və mülki infrastruktura hədəflənən təxribatlarını davam etdirdiyi, həlak olanların və yaralananların sayının artdığı vurğulanıb.

Müraciətdə Gəncəyə səfər etmiş Qətərin Azərbaycandakı səfirinin dinc insanlara qarşı törədilmiş müharibə cinayətlərini pislədiyi, bu dövlətin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyi minnətdarlıqla qeyd edilib.

Bundan əlavə, münaqişəyə xarici ölkələrdən muzdluları cəlb edən Ermənistan tərəfindən, həmçinin Çikaqo Konvensiyasının tələbləri pozularaq humanitar yardım adı altında mülki aviasiya vasitəsilə bu ölkəyə silahların daşındığı vurğulanıb, bununla əlaqədar Azərbaycan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət olunduğu barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan döyüş meydanında açıq üstünlüyə malik olmasına baxmayaraq, insanların həyatını qorumaq naminə qan tökülməsini istəmir və razılaşdırılmış prinsiplər çərçivəsində sülh danışıqlarının aparılmasının tərəfdarıdır.

Nazir beynəlxalq nüfuza malik peşəkar hüquqşünas və prokuror kimi müharibə cinayətlərinin qarşısının alınması üçün səylərini əsirgəməyəcinə, IAACA-da təmsil olunan çoxsaylı dövlətlərin mötəbər nümayəndələrinin səslərini bütün dünyaya çatdıracaqlarına ümidvar olduğunu bildirib.

Ədliyyə Nazirliyi tərəfindən, həmçinin birgə layihələr həyata keçirilən BMT-nin Uşaq Fonduna (UNICEF) müraciət ünvanlanaraq Ermənistanın müharibə cinayətləri, mülki insanların hədəfə alınması, 11-i uşaq olmaqla onlarla dinc vətəndaşların həlak olması, bəzi uşaqların hər iki valideynini itirməsi barədə məlumat verilib. Habelə ordudan kütləvi fərarilik halları ilə üzləşən düşmənin çıxılmaz vəziyyətdə olması görüntüsünü yaratmaq niyyəti ilə döyüş əməliyyatlarına hətta uşaqları cəlb etməsi faktları diqqətə çatdırılıb. Bununla da Ermənistanın beynəlxalq humanitar hüququn, xüsusilə BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının tələblərini kobud surətdə pozduğu vurğulanıb.

Eyni zamanda, BMT-nin digər ixtisaslaşmış qurumu və fəal tərəfdaşımız olan Dünya Bankına müraciət göndərilib. Bildirilib ki, respublikamızın dinc əhalisi və mülki obyektləri dəfələrlə Ermənistanın terror və hərbi təxribatlarına məruz qalır, o cümlədən məhkəmə infrastrukturunun müasirləşdirilməsinə dair birgə layihə həyata keçirdiyimiz Gəncə və digər yaşayış bölgələrimizə raket zərbələri endirilib, məhkəmə binalarına ciddi ziyan dəyib.

Bundan əlavə, nazirliyin sıx əməkdaşlıq etdiyi, dünyadakı yüksək nüfuzu və həyata keçirdiyi nəcib missiya nəzərə alınaraq Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və qurumun Avropa Regional Bürosuna, Qlobal Fonda (səhiyyə üzrə) müraciətlər olunub və onların qeyd edilən məsələlərdə laqeyd qalmayacaqlarına, insanların həyatını və sağlamlığını qorumaq naminə qan tökülməsini dayandırmaq və sülhü bərpa etmək üçün səslərini ucaldacaqlarına ümidvar olduğu bildirilib.

Nazirlik tərəfindən analoji müraciətlər uzun illər əməkdaşlıq edilən Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatına (GIZ) və Beynəlxalq Hüquq Əməkdaşlığı Fonduna (IRZ) da ünvanlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK VİDEO

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb YENİLƏNİB

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər