Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

MDB Məşvərət Şurasının iclasında Ermənistanın Azərbaycana təcavüzü və mülki əhaliyə qarşı terror hücumlarına dair məlumatlar verilib

Bakı, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 29-da MDB üzv dövlətlərinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının videokonfrans formatında keçirilən XXXIII iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları, ölkəmizin mülki əhalisinə qarşı raket və ağır artilleriya hücumları barədə məlumat verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Türkmənistan və başqa ölkələrin nazir və nazir müavinlərindən, əmək, məşğulluq, sosial müdafiə üzrə qurumlarının əməkdaşlarından, MDB İcraiyyə Komitəsi, MDB Parlamentlərarası Assambleyası, Beynəlxalq Əmək Təşkilatı, MDB Ümumhəmkarlar İttifaqları Konfederasiyası, MDB Dövlətlərarası Statistika Komitəsi və s. təşkilatların məsul şəxslərindən ibarət 60-a yaxın nümayəndə iştirak edib.

MDB İcraiyyə Komitəsinin sədr müavini Aqıbay Smaqulovun giriş nitqindən sonra çıxış edən S.Babayev diqqətə çatdırıb ki, 30 ilə yaxındır BMT qətnamələrinə məhəl qoymadan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan təcavüzkar Ermənistan sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təxribat törədib. Azərbaycanın hərbi birləşmələrinin mövqeləri, hətta cəbhədən uzaq, heç bir hərbi obyektin yerləşmədiyi yaşayış məntəqələri Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə və raket hücumlarına məruz qalıb.

Nazir bildirib ki, bütün beynəlxalq humanitar normaları tapdalayaraq Ermənistan silahlı qüvvələri mülki insanları hədəfə alıb. Oktyabrın 4, 11 və 17-də ermənilərin Gəncə şəhərinə raket hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər ağır yaralanıb. Həmçinin cəbhədən uzaq Azərbaycan rayonlarına Ermənistan tərəfindən ağır artilleriya atəşləri, raket hücumları davam edir. Son iki gündə də Ermənistanın cəbhədən uzaq Bərdə rayonuna bir-birinin ardınca raket hücumları, beynəlxalq hüquqla qadağan olunmuş kaset bombaları atması nəticəsində həmin rayonda aralarında azyaşlı uşaqlar və qadınlar da olmaqla 25 dinc sakin həlak olub, 80-dən çox şəxs yaralanıb.

Ümumən sentyabrın 27-dən Ermənistanın mülki əhalini, yaşayış məntəqələrimizi atəşə tutması, müharibə cinayətləri nəticəsində Azərbaycan tərəfindən 90 mülki şəxs həlak olub, 400-ə yaxın şəxs yaralanıb, ölkəmizin mülki infrastrukturuna ciddi ziyan dəyib.

S.Babayev bildirib ki, Azərbaycan ordusu təcavüzü dayandırmaq, mülki əhalini qorumaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum tədbirləri görməyə məcbur olub. Bu hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həyata keçirilir. Son bir ayda üç dəfə humanitar atəşkəs elan olunsa da, hər dəfə humanitar atəşkəsdən az sonra Ermənistan tərəfindən xaincəsinə, kobud şəkildə pozulub və Azərbaycanın yaşayış məntəqələrinə artilleriya zərbələri endirilməklə irimiqyaslı terror aktları törədilib.

“MDB üzvü olan dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə, mülki əhalisinə qarşı beynəlxalq humanitar prinsiplərə zidd vəhşi terror hücumlarını pisləməyə çağırırıq” deyə qeyd edən nazir vurğulayıb ki, 1 milyondan artıq azərbaycanlının məcburi köçkünə çevrilməsinə səbəb olan erməni işğalı nəticəsində yaranmış münaqişə ümumən bölgədə sosial inkişaf imkanlarını məhdudlaşdırır. Ermənistan-Azərbaycan münaqişəsi yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır.

Azərbaycanda son illərdə sosial və əmək sahəsində aparılan dərin islahatları qeyd edən S.Babayev COVID-19 pandemiyasının iş dünyasına təsirlərini diqqətə çatdırıb. O, son 28 ildə MDB ölkələrinin böyük siyasi və sosial-iqtisadi dəyişikliklər yolu keçdiyini qeyd edərək bildirib ki, məşğulluq, əmək, miqrasiya və sosial müdafiə məsələləri MDB ölkələri üçün getdikcə daha çox əhəmiyyət kəsb edir və bu, dövlətlərarası əməkdaşlığın inkişafını da şərtləndirir.

Ölkəmizin ötən bir il ərzində Məşvərət Şurasına sədrlik etdiyini deyən nazir bu ilin COVID-19-la bağlı bütün problemlərinə və çətinliklərinə baxmayaraq, Azərbaycanın əmək, məşğulluq və sosial müdafiə sahəsində inqilabi islahatların önündə olduğunu qeyd edib.

S.Babayev iclasın gündəliyindəki məsələlərin çoxunun həlli ilə bağlı konseptual yanaşmaları müəyyənləşdirməyin mümkün ola biləcəyini deyib. Hazırkı iclasın MDB ölkələrində sosial rifahın artırılması məsələlərində bu strukturun fəaliyyətinin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.

İclas zamanı Ermənistan nazirinin Azərbaycanın guya atəşkəs rejimini pozması və s. barədə dezinformasiyalarına qarşı Azərbaycan tərəfi qətiyyətli və dolğun cavab verib.

Son bir ayda üç dəfə humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistanın hər dəfə atəşkəsdən az sonra Azərbaycanın yaşayış məntəqələrinə xaincəsinə artilleriya zərbələri endirməklə mülki əhaliyə qarşı irimiqyaslı terror aktları törətdiyi, beynəlxalq humanitar hüquqları kobudcasına pozduğu diqqətə çatdırılıb. Bu terror hücumları nəticəsində həlak olanlar və yaralananlar, ölkəmizin mülki infrastrukturuna dəyən ciddi ziyan barədə ətraflı məlumat verilib. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarını ölkəmizin beynəlxalq səviyyədə tanınmış öz ərazilərində apardığı qeyd edilib. Döyüş meydanında aciz duruma düşən Ermənistanın Azərbaycanın mülki insanlarına qarşı aramsız terror hücumları etməklə müharibə cinayətləri törətdiyi, lakin Ermənistandan fərqli olaraq Azərbaycanın heç zaman mülki əhalini hədəfə almadığı vurğulanıb. Eyni zamanda, Ermənistanın xarici ölkələrdəki müxtəlif terror qruplaşmalarından 2 min terrorçunu Qarabağ bölgəsinə gətirərək, Azərbaycana qarşı müharibəyə cəlb etdiyinin də artıq məlum fakt olduğu diqqətə çatdırılıb.

Şuranın yeni sədri, Belarus Əmək və Sosial Müdafiə naziri İrina Kosteviç açılış nitqi edib. İclasın gündəliyi MDB üzv dövlətlərinin əmək və sosial sahədə əməkdaşlığının nəticələri və perspektivləri, yeni koronavirus infeksiyasının (COVID-19) yayılması nəzərə alınmaqla bu dövlətlərdə əmək və sosial sahədə mövcud vəziyyət və görülən tədbirlər, pandemiyanın nəticələrinin aradan qaldırılması və postpandemiya dövründə iş yerlərinin bərpası ilə bağlı nəzərdə tutulan tədbirlər, işaxtaran və işsiz vətəndaşlara xidmət göstərən müasir və effektiv rəqəmsal sistemlərin tətbiqi, əməyin mühafizəsi, təcrübə mübadilələri və s. məsələləri əhatə edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin plenar iclasında 21 məsələ müzakirə edilib

BSU-da 31 Mart soyqırımına həsr olunmuş tədbir keçirilib

İslahatlar gözləntisi və ya qərəzli manipulyasiyalar aləti

Pedaqoji Universitetdə fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər

Fizika fakültəsinin məzunları 50 il sonra ADPU-da görüşüblər

® “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

BDU-da respublika elmi konfransı: 1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq VİDEO

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB VİDEO

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?