REGİONLAR
Göyçayda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub
Göyçay, 20 yanvar, AZƏRTAC
Qanlı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Göyçay rayonunun Şəhidlər xiyabanı ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumxalq hüzn günündə edilən ziyarətdə rayonun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə qan yaddaşımıza əbədi həkk olunan 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə əklil və gül dəstələri qoyulub, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən, qətlə yetirilən günahsız oğul və qızlarımızın əziz xatirəsi böyük ehtiramla yad olunub.
Şəhidlər xiyabanına gələnlər Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhidlik zirvəsinə ucalan həmyerlilərimizin məzarlarını da ziyarət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]
Xankəndidə silah-sursat aşkarlanıb
- 19.04.2024 [09:12]