Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Azərbaycan xalqı şəhidlərin xatirəsini ehtiram və qürurla yad edir - FOTO

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar faciəsindən 31 il ötür. 1990-cı il Yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Bu faciədən uzun müddət keçsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar tariximizin həm kədərli, həm də qürurlu səhifəsidir.

AZƏRTAC xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq paytaxt sakinləri, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gəlib, xalqımızın qəhrəman övladlarının xatirəsini ehtiramla yad edirlər. Onların arasında Vətən müharibəsinin qaziləri, hərbçilər də var. Ziyarətçilərin bəziləri bu müqəddəs məkana övladları ilə birgə gəlirlər.

Şəhidlər xiyabanını hər yaşda olan insanlar ziyarət edirlər. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını daha da artırır. Çünki qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. Otuz il işğal altında qalan Qarabağımız şəhidlərimizin canı-qanı bahasına azad edilib. Bu gün Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında Azərbaycanın dövlət bayrağı qürurla dalğalanır. Bu, 31 il əvvəl başlamış mübarizə yolunun Zəfər zirvəsidir. Xalqımız doğma Qarabağa rəşadətli Ordumuzun, Müzəffər Ali Baş Komandanımızın, Azərbaycan əsgərinin, qəhrəman şəhidlərimizin sayəsində qovuşub.

20 Yanvar faciəsinin 31-ci ildönümü Qarabağ Zəfərinin fonunda böyük qürur hissi ilə qeyd olunur. AZƏRTAC-ın müxbirlərinin həmsöhbət olduğu insanlar bu məqamı xüsusi vurğulayırlar.

Vətən müharibəsi qazisi Elmir Əhmədov: Hər il Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərimizin əziz ruhlarına ehtiramımı bildirirdim. Lakin builki gəlişim fərqli oldu. Şəhidlər xiyabanını bu dəfə sevinc və qürur hissi ilə ziyarət etdim. 44 gün davam edən Vətən müharibəsi şanlı ordumuzun möhtəşəm Qələbəsi ilə başa çatdı. Ali Baş Komandanın əmri ilə irəli atıldıq və qanımız, canımız bahasına torpaqlarımızı azad etdik. Düşmən rəşadətli ordumuzun, cəsur əsgər və zabitlərimizin qarşısında tab gətirməyib qaçdı. Zəfərimiz bütün dünyada əks-səda doğurdu. Ən əsası isə haqq davamızdan qalibiyyətlə çıxmağımız bütün şəhidlərimizin narahat ruhunu şad etdi. Mən də Vətən müharibəsi iştirakçısı olmağımla fəxr edirəm. Şuşa uğrunda gedən döyüşlərdə yaralanmışam. Mən də, döyüş yoldaşlarım da hər zaman Vətənimizin keşiyində durmağa hazırıq. Qoy bütün şəhidlərimiz məzarlarında rahat uyusunlar, çünki həm onların qisası alındı, həm də Qarabağımız azad olundu.

20 Yanvar hadisələrinin şahidi Kamil Xəlilov: 20 Yanvar hadisələri mənim gözümün önündə baş verib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda ağlasığmaz vəhşiliklər törədərək, gəncləri, qadınları, yaşlıları qətlə yetiriblər. Bu, insanlıq əleyhinə cinayətdir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını canlarından əziz tutan Vətən övladları şəhidlik zirvəsinə ucalıblar. İllər ötsə də, xüsusən gənclərimiz şəhid olmuş qəhrəmanlarımızı heç vaxt unutmamalıdırlar. Onlar bilməlidirlər ki, 20 Yanvar milli tariximizin qürur və ləyaqət səhifəsidir. Çox şükür ki, dövlət müstəqilliyimizə qovuşduq, nəhayət torpaqlarımız da düşmən tapdağından azad edildi. Buna görə şəhidlərimizə borcluyuq.

Paytaxt sakini Əlif Məhyəddinov: 20 Yanvar bütün şəhidlərimizin xatirə günüdür. İndi onların müqəddəs ruhu qarşısında başımızı daha dik tuturuq. Təsadüfi deyil ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunmasını məhz Şəhidlər xiyabanından elan etdi. Bu, ziyarət etdiyimiz bu məkanın necə böyük səcdəgah olduğunu göstərir. İllər öncə göz yaşı ilə üz tutduğumuz Xiyabana indi qürur hissi ilə gəlmişik. Mənə elə gəlir ki, bu həm də şəhidlərə hesabat günüdür. Onların qanı hədər getməyib. 30 ilə yaxın həsrətini çəkdiyimiz Vətən torpağına qovuşmuşuq. Tezliklə Qarabağın yeni növrağı başlayacaq, şəhidlərimiz indi məzarda rahat uyuya bilərlər. Qazandığımız zəfər, qovuşduğumuz azadlıq üçün ilk növbədə, şəhid və qazilərimizə borcluyuq. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, əsrlər keçsə də, xalqımız onları heç vaxt unutmayacaq.

Respublika Klinik Xəstəxanasının baş tibb bacısı Validə Nəsibova: 1990-cı il yanvarın 19-da Respublika Klinik Xəstəxanasının ikinci ümumi cərrahiyyə şöbəsinin tibb bacısı kimi növbədə idim. Həmin gecə çalışdığım xəstəxanaya çoxlu yaralı gətirmişdilər. Palatalarda yer çatışmırdı. Həkimlərimiz, cərrahlarımız hətta dəhlizlərdə yaralılar üzərində açıq əməliyyatlar aparırdılar. Xəstəxanada işıqlar sönmüşdü, pəncərə şüşələri sındırılmışdı. Xəstəxanamızın yolu indiki 20 Yanvar dairəsinin yanından keçir. Heç vaxt yadımdan çıxmaz, bu meydan qana boyanmışdı. Səhər evə gördüm ki, yanğınsöndürən maşınlar buradakı qan izlərini yuyurlar.

Diaspor üzrə tədqiqatçı-ekspert Elnur Eltürk: 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. 20 Yanvar Azərbaycanın müasir istiqlal tarixində yeni dövrün başlanğıcı, Vətən müharibəsində Qələbəmiz isə bu faciəyə ədalətli cavab oldu. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ildən artıq erməni işğalı altında olan torpaqlarımızı düşməndən azad etdi, şəhidlərimizin qanı yerdə qalmadı. “Vikipediya”nın Azərbaycan dil bölməsində 20 Yanvar faciəsi və şəhidlərimiz haqqında çoxlu məqalə yaradılıb və əsaslı redaktə olunub. “Qara Yanvar” məqaləsi 40-a yaxın dilə tərcümə olunub. Bu məqalələr 20 Yanvar faciəsinin gələcək nəsillərə çatdırılmasında zəngin informasiya mənbəyidir. Bu gün gənc nəsil öz qəhrəmanlarını tanımalı, onları heç vaxt unutmamalıdır. Ölkəmizin ərazi bütövlüyü və Vətənimizin müdafiəsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf sayan oğullarımızı tanıtmaq isə hər birimizin vətəndaşlıq borcu olmalıdır.

Filologiya elmləri doktoru, yazıçı Nizami Muradoğlu: Hər dəfə həmin gecəyə şahidlik edən küçə və meydanlardan keçəndə gülləbaran edilən evlərin, binaların qarşısından ötəndə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin dəhşətləri yada düşür. İllər bizi həmin hadisələrdən nə qədər uzaqlaşdırsa da, günahsız qurbanların xatirəsini unutmuruq. Zaman sübut etdi ki, xalqın azadlıq arzusunu silahla boğmaq bilməz. Həmin gecədən başlanan yol xalqımızı öz istəyinə - müstəqilliyinə qovuşdurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsinin gedişində rəşadətli ordumuz işğal altındakı torpaqlarımızı, Qarabağı azad etdi. Bu müharibədə də şəhidlərimiz oldu. Azadlıq qanla qazanılır. Lakin biz bu gün şəhidlərimizi anarkən kədərləndiyimiz kimi həm də qürur hissi keçiririk. Azərbaycan xalqının tarixinə şanlı bir səhifə yazıldı. Həmişə nisgillə üz tutduğumuz Şəhidlər xiyabanını indi başımızı uca tutaraq ziyarət edirik.

Şəhid atası, Xaçmaz rayon sakini Fərhad Qafarov: Bütün şəhidlərimizin xatirəsi bizim üçün əzizdir. Onlar müxtəlif zamanlarda şəhidlik zirvəsinə ucalsalar da, amalları bir olub: Azərbaycanın müstəqilliyinə nail olmaq, ərazi bütövlüyünü bərpa etmək. Bu gün mən Şəhidlər xiyabanına nəvəmlə gəlmişəm. Oğlum Aprel döyüşlərində şəhid olub. Bu gün onun xatirə lövhəsi önündə dayanaraq, qürur hissi ilə qalib gəldiyimizi söylədim. İndi başımız ucadır. Ali Baş Komandanımızın rəhbərliyi, yenilməz ordumuzun rəşadəti ilə bütün şəhidlərimizin qisası alındı, torpaqlarımız düşmən tapdağından xilas olundu. İndi oğlumun da, bütün şəhidlərimizin də ruhu şaddır. 20 Yanvar hadisələri, böyük Zəfərlə başa çatan Vətən müharibəsi göstərdi ki, xalqımızın birliyi qarşısında heç bir qüvvə tab gətirə bilməz. Bütün bunlar tariximizin şərəf, qürur səhifələridir. Bu gün şəhidlərimizin şəkillərindən boylanan simalarına minnətdarlıq hissi ilə baxırıq. Onların uğrunda döyüşdüyü, mübarizə apardığı bütün amallar reallığa çevrilir. İndi Azərbaycan müstəqillik tariximizin ən şərəfli günlərini yaşayır. Qarabağımız azaddır.

Yevlax rayon sakini, 20 Yanvar hadisələrinin şahidi Cahid Nəbiyev: O vaxt indiki Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi idim. Qanlı hadisələr baş verən gecə metronun “Gənclik” stansiyasının yaxınlığında toplaşmışdıq. Eşitdik ki, hərbçilər leytenant Şmidt adına zavod tərəfdən hərəkət edirlər. Onların qarşısını kəsmək üçün həmin istiqamətə getdik. Ora yaxınlaşanda bizi atəşə tutmağa başladılar. Ölən və yaralananlar oldu. Mən də güllə dəydi. Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda bir daha atəşə tutulduq. Xəstəxanalar yaralılarla dolu idi. Tibb Universitetinin tələbələri də həkimlərin köməyinə gəlmişdilər. O faciəvi günlərdən illər ötsə də, xalqımız 20 Yanvar şəhidlərini unutmur, xatirələrini daim uca tutur. Ötən illər ərzində yetişən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının nəticəsidir ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində xalqımız Müzəffər Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşdi, Qarabağı işğaldan azad etdi.

X X X

Hər il yanvarın 20-də olduğu kimi, faciənin 31-ci ildönümündə də minlərlə insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər xiyabanını ziyarət etdi. Burada yaşanan mənzərə şəhidlərin əziz xatirəsinə hörmət və ehtiramın, Qarabağ Zəfərindən doğan qürurun daha bir parlaq nümayişi oldu. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib