REGİONLAR
Cəlilabad və Yardımlıda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb
Cəlilabad-Yardımlı, 21 yanvar, Bağır Əliyev, AZƏRTAC
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Cəlilabad və Yardımlı rayonlarında da vaksinasiya prosesinin birinci mərhələsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə - səhiyyə işçilərinə, 65 yaşdan yuxarı şəxslərə və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətə könüllülük əsasında vurulacaq. Peyvəndin ikinci dozası 21 gündən sonra tətbiq olunacaq.
Vaksinasiya prosesinin planlı şəkildə, uğurla aparılması məqsədilə hər iki rayonda qərargah və xüsusi qrup yaradılıb.