İQTİSADİYYAT
Hava şəraiti ilə bağlı avtomobil yollarındakı hazırkı vəziyyət açıqlanıb
Bakı, 22 yanvar, AZƏRTAC
Hava şəraiti ilə əlaqədar avtomobil yollarındakı hazırkı vəziyyət açıqlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, saat 10:00-a olan məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur. Quba rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Giləzi-Xızı yolunda yığıntı yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan-Şamaxı-Muğanlı marşrutu boyunca yağıntı yoxdur. Qobustan və Şamaxı rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Muğanlı-Ağsu-Yevlax yolunda yağıntı yoxdur. Yolun Muğanlı-Ağsu hissəsində 3-4 dərəcə şaxta var. Ağsu dolaylarında gecə saatlarında buzlaşma olub, yola qum-duz səpilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir.
Bakı-Ələt-Hacıqabul və Hacıqabul–Ucar–Yevlax yollarında, həmçinin Yevlax–Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı–İsmayıllı yolunda yağıntı yoxdur, İsmayıllı rayonu ərazisinə 5-6 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq buzlaşmaya qarşı körpülərə, sərt döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 5-6 dərəcə, Qəbələ rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gecə saatlarında güclü şaxta olub, buzlaşmaya qarşı körpülərə, döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəki–Qax–Zaqatala–Gürcüstanla dövlət sərhədi yolunda yağıntı yoxdur, Qax rayonu ərazisinə 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Yevlax–Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə-Daşkəsən-Xoşbulaq yolunda yağıntı yoxdur, gecə saatlarında 12-16 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.
Şəmkir-Gədəbəy avtomobil yolunda yağıntı yoxdur, gecə saatlarında 10-15 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Ələt-Astara–İranla dövlət sərhədi avtomobil yolunda marşrutboyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Masallı–Yardımlı yolunda yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Lənkəran–Lerik avtomobil yolunda yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Hacıqabul–Bəhramtəpə–Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.