CƏMİYYƏT
Nizami rayonunda keçmiş məhkumdan altı kiloqramdan artıq narkotik götürülüb
Bakı, 26 yanvar, AZƏRTAC
Nizami rayonunda keçmiş məhkumdan altı kiloqramdan çox narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən və əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Yardımlı rayon sakini R.Ağayev paytaxtın Nizami rayonu ərazisində Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun rayon ərazisində kirayədə yaşadığı mənzilə keçirilən baxış zamanı oradan 6 kiloqram 480 qram heroin və 105 qram metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]