MƏDƏNİYYƏT
Şair-publisist Dəyanət Osmanlının “Həsrətin həzzi” kitabı nəşr olunub
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin “AYB Kitab” layihəsi çərçivəsində tanınmış şair-publisist Dəyanət Osmanlının “Həsrətin həzzi” adlı yeni şeirlər kitabı çap olunub.
AZƏRTAC xəbər verir ki, nəşrdə müəllifin yaradıcılığında üstünlük verdiyi milli-ictimai məzmunlu şeirlər və 15 sentyabr Bakının daşnak işğalından azad edilməsinə həsr olunmuş “İt nəfsi”, həmçinin “Çörək ağacı” poemaları yer alıb.
Qeyd edək ki, “Mütərcim” nəşriyyatında çap olunan kitabın “Ön söz” müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, tərtibçi-redaktoru filologiya üzrə fəlsəfə doktoru İlahə Abdullayeva, layihənin rəhbəri isə Xəyal Rzadır.